Avropa İttifaqının Azərbaycanla bağlı hazırladığı “Azərbaycanda biznes mühiti 2018” adlı hesabatında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Hesabatda bildirilib ki, Azexport portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ixracın şaxələndirilməsi sahəsində institutsional islahatların nümunənisidir.
Azexport portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib

