Banco.az | Tezliklə

İran hökuməti vergi islahatlarına başlayır

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsinin məruzəsinə əsasən, İran hökuməti öz gəlir bazasını ümumi daxili məhsulun 7 faizindən 10 faizinə qaldırmaq üçün bir sıra vergi islahatları aparmağı planlaşdırıb. BVF-nin açıqlamasında bildirilib ki, İran vergi bazasını genişləndirməli, inzibatçılığı təkmilləşdirməli, eləcə də aksiz vergilərinin əhatə dairəsini artırmalı və bu verginin dərəcəsini qaldırmalıdır.

Azərbaycanca

Azərbaycandan Gürcüstana pul köçürmələri 7% azalıb

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 4 650,4 min ABŞ dolları məbləğində pul köçürülüb.

Bu barədə qonşu ölkənin Milli Bankının hesabatında bildirilir.

Azərbaycanca

Hakerlər İsveçin Baş nazirinin partiyasının "Twitter" hesabını qırıblar

Hakerlər bazar ertəsinə keçən gecə İsveçin Sosial Demokrat Partiyasının "Twitter" hesabını qırıb və Stefan Levenin Baş nazir vəzifəsindən istefa verdiyi barədə məlumat yerləşdiriblər.

Azərbaycanca

Hesablama Palatasının zərəri 3 dəfəyə yaxın artıb

Hesablama Palatasının cəmi aktivləri bu il yanvarın 1-nə 5,841 milyon manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,5% azdır.

Azərbaycanca

Bank Respublika biznesə ən fəal dəstək verən bank seçildi

Aprelin 12-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən, mikromaliyyə sektorunda fəaliyyət göstərən qabaqcıl təşkilatların mükafatlandırılması məqsədilə “12-ci İllik Təltif Şam Ziyafəti” keçirilmişdir.

Azərbaycanca

Əmanət təminatlı kredit verən banklar

Banklar müştərilərinə bir çox bank xidmət və məhsulları təklif edir. Bankların müştərilərə təklif etdiyi məhsullardan biri də əmanət təminatlı kreditdir. Əmanət təminatlı kredit, banka yerləşdirilmiş əmanətin müəyyən faizi qarşılığında əmanətə toxunmadan, ona bağlı kreditin ayrılmasıdır. Kreditin valyutası və kredit müddəti yerləşdirilmiş əmanətdən asılıdır. Bu kredit məhsulunu təklif edən bankları sizə təqdim edirik.

Azərbaycanca

Azərbaycan Beynəlxalq Bankı birinci rübün nəticələrini elan etdi

Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. 31 mart 2019-cu il tarixinə bankın aktivləri 8,5 milyard manataçatıb. Bankın kapital mövqeyi rüb ərzində də möhkəmlənib.

Azərbaycanca

AccessBank gənclərin inkişafına dəstək verən qabaqcıl təşkilat seçilib

AccessBank Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən xüsusi mükafatla təltif olunub.

Təltifetmə mərasimi AMFA-nın 15 illiyinə həsr olunan tədbir çərçivəsində baş tutub. AccessBank "İlin gənclərin inkişafına dəstək verən qabaqcıl təşkilatı" nominasiyası üzrə mükafata layiq görülüb.

Azərbaycanca

Banco.az "İlin ən yaxşıları"-nı açıqladı!

Banco.az saytı 2018-ci ilin nəticələrinə görə, İlin Ən Yaxşılarının seçimini yekunlaşdırdı. 2018-ci il Bank və maliyyə sahəsində bir sıra maraqlı hadisələr, kampaniyalar, yeniliklər və innovasiyalar ilə yadda qaldı. Banco.az portalı olaraq biz də maliyyə təşkilatları arasından Ən Yaxşılarını seçmək qərarına gəldik. 12 mart tarixindən başlayaraq portalımızda istifadəçilər bəyəndikləri maliyyə təşkilatlarına səs verərək onları qalib etməyə çalışdılar.

Azərbaycanca

Nağdsız ödənişlər ötən illə müqayisədə artıb

Mərkəzi Bank Azərbaycanda 2019-cu ilin fevral ayında həyata keçirilmiş ödənişlərin həcmini açıqlayıb. Statistikanın təhlili göstərib ki, bu ilin ikinci ayında ölkədaxili nağdsız ödənişlərin böyük hissəsi elektron ticarətin payına düşüb: 171 milyon manat. Ödənişlərin 93 milyon manatı POS-terminallar, 15 milyon manatı isə ATM-lər vasitəsilə həyata keçirilib. Bu ilin ilk ayında ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 286 milyon manat, fevralda isə 279 milyon manat təşkil edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »