Banco.az | Tezliklə

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə pronozunu aşağı saldı

Dünya Bankı 2019-cu ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) artımını 3,6% səviyyəsində proqnozlaşdırır, bu da iyun ayının proqnozundan 0,2 faiz bəndi azdır (Əvvəlki 3,8%).

Azərbaycanca

Ləğv prosesində olan bankların əmlakının satışı üzrə 35 hərrac təşkil edilib

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci il ərzində keçirilən 35 hərracda ləğv prosesində olan QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” ASC, “AtraBank” ASC, “Dekabank” ASC balansındakı daşınar və daşınmaz əmlakı satıb.

Azərbaycanca

Banklarda dollar və avronun alış-satış qiymətləri

Saat 11:10-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.

Azərbaycanca

Daha bir BOKT-un istiqrazlarının təkrar satışına başlanılıb

8 yanvar 2019-cu il tarixində Bakı Fond Birjasında “BOKT Embafinans MMC”-nin istiqrazlarının 2-ci tranşı üzrə buraxılışının (ISIN nömrəsi AZ2002020603) təkrar bazarda ticarətinə start verilir. İstiqrazlar haqqında ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiz:

Azərbaycanca

Xaricilərin Azərbaycan banklarında əmanətləri azalıb

Qeyri-rezidentlərin banklardakı əmanətlərinin məbləği açıqlanıb.
 
Ötən ilin noyabrında xaricilərin əmanətləri 84,6 milyon manat azalaraq dekabrın 1-nə 760 milyon manat təşkil edib.
 
Bu müddətdə xaricilərin milli valyuta ilə əmanətləri 11,5 milyon manat artaraq 98,4 milyon manata çatıb, xarici valyuta ilə əmanətləri isə 96,1 milyon manat azalaraq manat ekvivalentində 661,6 milyon manat olub.
 

Azərbaycanca

Azərbaycan nefti bahalaşır - QİYMƏT

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 7-i 59,69 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,42 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Azərbaycanca

İcbari tibbi sığorta bütün ölkə ərazisinə tətbiq ediləcək

border:0px; padding:0px">
Azərbaycanca

Birjalarda kənd təsərrüfatı məhsullarının qiyməti

Birjalarda kənd təsərrüfatı məhsullarının qiyməti artıb.

1 buşel qarığdalının qiyməti 1,25 sent və ya 0,33% artaraq 381,25 sent və ya 1 kiloqram qarığdalının qiyməti 14,12 sent olub.

1 buşel buğdanın qiyməti 4,25 sent və ya 0,82% artaraq  522 sent  və ya 1 kiloqram buğdanın  qiyməti 19,33  sent təşkil edib.

1 funt pambığın qiyməti 0,68 sent və ya 0,95% artaraq  72,35  sent olub  və ya 1 kiloqram pambığın qiyməti 1,59 dollar olub.

Azərbaycanca

Bitcoin bahalaşmaqda davam edir - QİYMƏT

Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti azlıb.

Bitcoinin qiyməti   bu gün 1,59% artaraq 4 065 dollar  olub.

Etherumun  və Bitcoin Cashin də  qiyməti artıb.

Etherumun qiyməti  2,62% artaraq 153 dollar, Bitcoin Cashin qiyməti  1,89% artaraq 162 dollar olub.

Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 80-ı bahalaşıb qalan 20-i isə ucuzlaşıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »