İqtisadiyyatının həcminə görə dünyada ikinci yeri tutan Çində son vaxtlar atmosferin çirklənməsinin qarşısının alınmasına xüsusi əhəmiyyət verilir. Kömürdən istifadə nəticəsində atmosferə karbon emissiyalarının azaldılması üçün külək enerjisinin təşviqi də bu siyasətin bir hissəsidir. Milli Energetika İdarəsi yerli orqanları 2019-2021-ci illər arasındakı dövr ərzində külək enerjisindən istifadə edərək istilik istehsal etmək üçün illik hədəflər müəyyənləşdirməyə çağırıb.
Çin külək enerjisindən istifadə üçün vergi endirimi edəcək