Banco.az | Tezliklə

Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi açıqlandı

29.04.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunmuşdur.

marja

Azərbaycanca

Bakı və Şəmkir məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

Azərbaycanca

ARDNF-in aktivləri ilk dəfə 40 milyard dolları ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ARDNF-in tarixində ilk dəfə olaraq 40 mlrd. ABŞ dolları həcmini keçib.

Fonddan verilən məlumata görə, 31 mart tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 mln.ABŞ dolları) nisbətən 4,56% artaraq 40 273,3 mln. ABŞ dollarına bərabər olub.

Azərbaycanca

Mərkəzi Bank depozit hərracının şərtlərini dəyişdi

29 aprel 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

Diqqəti cəlb edən Mərkəzi Bankın təklifi (cəlb etmək istədiyi məbləği) 350 milyon manatdan 150 milyon manata endirməsidir. Qeyd edək ki, əvvəlki hərraclarda tələb təklifdən az olmuşdu. Mərkəzi Bank, tələb azaldığından məbləği aşağı salmış ola bilər. 

Azərbaycanca

Daha bir bank yeni maliyyə göstəricilərini açıqladı

“Naxçıvanbank” ASC 2019-cu ilin 1-ci rübünü 1 milyon 117 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank  2018-ci ilin 1-ci rübünü 853 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Naxçıvanbank”ın xalis mənfəəti 31% artıb.

Azərbaycanca

Neft Fondu I rübdə valyuta satışını artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 1 551,6 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Bu barədə ARDNF məlumat yayıb.

Bu məbləğin 600,5 mln. dolları mart ayının payına düşüb.

Azərbaycanca

Azərbaycan polimer pula keçməyi planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) gələcəkdə polimer əskinasları tədavülə buraxmağı nəzərdə tutur.

Bunu AMB sədri Elman Rüstəmov deyib.

Azərbaycanca

Azərbaycanın strateji valyuta ehtiyatlarındakı yeni artım açıqlandı

2019-cu ilin birinci rübündə Azərbaycan strateji valyuta ehtiyatları 4,2% və ya 1,9 milyard dollar artaraq 46,7 mlrd. dollara çatıb. 

Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Azərbaycanca

Hərraclarda satılmış Dolların məbləği açıqlandı - 2 DƏFƏ ARTIB

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin mart ayı ərzində 600,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə ARDNF məlumat bildirib.

Azərbaycanca

Azərbaycan Mərkəzi Bankı bazardan valyuta alışını bərpa edib

2019-cu ilin 1-ci rübündə Azərbaycan Mərkəzi Bankı bazardan valyuta alışına başlayıb.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »