Banco.az | Tezliklə

Avropa ölkələri hər il saxta dərman ticarətindən külli miqdarda vergi itirir

Dünyada saxta dərman dövriyyəsinin illik həcmi 200 milyard dollara çatıb. Beynəlxalq Dərman Təhlükəsizliyi İnstitutunun araşdırmasına görə, saxta dərman satışı son beş il ərzində 60 faiz artıb. Araşdırmada qeyd olunub ki, saxta dərman dövriyyəsi ildə dünya dərman bazarının 20 faizini təşkil edir. Bu isə Avropa ölkələrində ildə ən azı 1 milyard 700 milyon avro vergi itkisinə şərait yaradır.

Azərbaycanca

Kredit faizlərinə məhdudiyyət qoyulmayacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov kütləvi informasiya vasitələri üçün keçirdiyi mətbuat konfransında ölkədə kredit faizlərinə məhdudiyyət qoyulması ilə bağlı hazırlanmış qanun layihəsinə münasibət bildirib. Qeyd edib ki, Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb: "Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub.

Azərbaycanca

Bitkoin bahalaşdı

Son vaxtlar dəyəri artan bitkoinin qiymətində cüzi bahalaşma olub.

Son 24 saat ərzində bitkoinin qiymətində 1,4% və ya 71 dollar bahalaşma olub.

Hazırda bitkoin 5301 dollar təşkil edir. 

Azərbaycanca

Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı şənbə günü kompensasiya üzrə ödənişləri həyata keçirəcək

Bank VTB (Azərbaycan) xarici valyutada olan kreditlər üzrə kompensasiya ödənişinə şənbə günü 27 aprel 2019-cu il tarixində davam edəcək. Müştərilər 500 AZN-dək olan kompensasiyanı Cavadxanküç. 30A ünvanında yerləşən “Əcəmi” filialında əldə edə bilər. Şənbə günləri filialın iş rejimi: saat 10.00-dan 15.50-ə qədərdir.

Azərbaycanca

“Yapı Kredi Bank Azərbaycan” ilin birinci rübünü mənfəətlə başa vurmuşdur

Avropanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü “Yapı Kredi Bank Azərbaycan” QSC-nin 2019-cu ilin birinci rübü üzrə xalis mənfəəti keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə artaraq1 milyon 686 min manat olmuşdur.

Azərbaycanca

Müvəffəqiyyətin 85%-i nəyə bağlıdır?

Zəka baxımından dünyada iki növ insan var: Yüksək İQ-ə sahib olanlar və yüksək EQ-ə (emosional zəka) sahib olanlar. Araşdırmalar göstərir ki, biznesdə ən yaxşı çıxış edən CEO-lar yüksək EQ-ə malikdirlər.

Azərbaycanca

Rodriqo Labardini: "Ötən il Meksikaya Azərbaycandan 506 turist gedib"

Azərbaycandan Meksikaya gələn turistlərin sayı artır.

Bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib.

Azərbaycanca

İlham Əliyev: “Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib”

“Azərbaycan lap əvvəldən Çin Prezidenti Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.

Azərbaycanca

NBCBank gücləndirilmiş iş rejiminə keçir

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış Fərmana əsasən kompensasiyaların verilməsi davam edir. Qeyd edək ki, bu günə qədər NBCBank tərəfindən 500 manata qədər olan kompensasiyaların verilməsi icra faizi artıq 60% keçib. Növbəti həftədən etibarən artıq 500 manatdan yuxarı olan kompensasiyaların plastik kartlar vasitəsilə verilməsi planlaşdırılır.

Azərbaycanca

Rusiya Federasiyasının bəzi ərazilərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »