Banco.az | Tezliklə

Depozit hərracında tələb təklifdən 3 dəfə çox olub

29.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 449 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir.

Azərbaycanca

"Qazprom"un xalis mənfəəti 2 dəfə artıb

Rusiyanın "Qazprom" şirkətinin xalis mənfəəti 2018-ci ildə bir əvvəlki ilə müqayisədə təxminən iki dəfə artaraq 1 trilyon 456 milyard rubla (təxminən 22,5 milyard dollar) yüksəlib.

"Qazprom"dan verilən məlumata görə, şirkətin keçən il satış gəliri 2017-ci illə müqayisədə 25,5 faiz artaraq 8,2 trilyon rubl təşkil edib.

Azərbaycanca

Neft daha da ucuzlaşdı

ABŞ Prezidenti Donald Tramp Neft İxrac Edən ölkələr Birliyinə (OPEC) qiymətləri aşağı salması üçün şəxsi təzyiqini davam etdirir.  

Tramp jurnalistlərə verdiyi açıqlamada, "OPEC ilə əlaqə saxladım, neft qiymətlərini aşağı salmaları lazım olduğunu dedim" bildirib.

Azərbaycanca

Aİ ölkələri 428 milyard avro həcmində avtomobil vergisi toplayıblar

Avropa Avtomobil İstehsalçıları Birliyinin vergilərlə bağlı yaydığı statistik məlumatlara əsasən, Almaniya, Fransa, İngiltərə, İtaliya, İspaniya, Avstriya, Belçika, Danimarka, Finlandiya, Yunanıstan, İrlandiya, Hollandiya, İsveç, Portuqaliya və Lüksemburq avtomobillərdən alınan ƏDV, satış, qeydiyyat, avtomobil və yanacaq kimi vergilərdən ildə 428 milyard avro vəsait əldə ediblər. Avropa İttifaqı (Aİ) ölkələri arasında avtomobillərdən ən çox vergi Almaniyada yığılıb.

Azərbaycanca

Dövlət Neft Fondunun aktivləri 4,56 faiz artıb

2019-cu ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 5 milyard 960,7 milyon manat, büdcə xərcləri isə 2 milyard 640,7 milyon manat təşkil edib.

Azərbaycanca

Azərbaycan ilə Avropa İttifaqı viza rejimini daha da sadələşdirməyə hazırlaşır

"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin liberallaşdırılması readmissiya və viza rejiminin sadələşdirilməsi barədə sazişlərin tam yerinə yetirilməsindən asılıdır".

Bunu  Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.

Azərbaycanca

68 mindən çox şəxs aktiv məşğulluq proqramlarından faydalanıb

Bu ilin yanvar-mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq proqramlarından 68 mindən çox şəxs faydalanıb. Həmin şəxslərdən 34 min nəfərə yaxını işlə təmin olunub. 1000-dən çox iştirakçı özünüməşğulluq proqramına, 212 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib, 33 minə yaxın gəncə isə peşəyönümü məsləhətləri verilib.

Azərbaycanca

“Doing Business”in ekspertləri İİTKM-də metodologiya mövzusunda təlim keçirir

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankının DoingBusiness hesabatı üzrə ekspertləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının nümayəndələrinə DoingBusiness hesabatının metodologiyası istiqamətində təlimlər keçirir. Təlimdə Komissiyanın işçi qruplarında təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak edir.

Azərbaycanca

Kapital Bank regionlarda BirKart yarmarkaları keçirir

Kapital Bank ölkənin bir sıra regionlarında BirKart yarmarkaları təşkil edir. Yarmarkaya BirKart-ın onlarla tərəfdaşı qoşulub və müştərilərə endirimlər, taksit imkanları və digər güzəştlər təqdim edir. Yarmarkanı keçirməkdə məqsəd,BirKart almaq istəyən müştərilərin və taksit layihəsinə qoşulan sahibkarların müraciətlərini qəbul edib, onları müvafiq filiallara yönəltmək, həmçinin müştərilərə partnyorlarda olan sərfəli şərtlər barədə məlumat verməkdir.

Azərbaycanca

Amazon və Facebook, işçilər üçün ən təhlükəli şirkətlər arasında göstərildi

Amerika Birləşmiş Ştatlarında yerləşən və dünyanın ən böyük informasiya şirkətlərindən olan Amazon və Facebook, işçilər üçün ən təhlükəli şirkətlər arasında yer aldı.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »