Banco.az | Tezliklə

Dörd ayda Naxçıvanda əsas kapitala 288 milyon manatdan çox vəsait yönəldilib

Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 288 mln. 165 min manat vəsait yönəldilib.

Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, bu, bir il öncəki göstəricidən 1 mln. 585 min manat və ya 0,55% çoxdur.

Azərbaycanca

İndiyədək "Neft daşları"ndan 175 mln. tondan çox neft hasil edilib

Bu günə qədər “Neft Daşları”nda yerləşən yataqlardan 175 mln. tondan çox neft və 13,551 mlrd. kubmetr təbii qaz hasil olunub.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sosial şəbəkədəki səhifəsində qeyd edilib.

Azərbaycanca

Azərbaycanda bəzi sahibkarlıq obyektlərində yoxlamalara məhdudiyyət aradan qaldırılır

Azərbaycanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Azərbaycanca

Azərbaycanda yaşamaq üçün icazə vərəqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumları dəyişir

Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vərəqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumları dəyişir.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Azərbaycanca

Maliyyə Nazirliyi problemli kreditlərin həlli ilə bağlı işini yekunlaşdırmağa hazırlaşır

Maliyyə Nazirliyi bu ayın sonuna qədər problemli kreditlərin həlli ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirəcək.

Bunu jurnalistlərə açıqlamasında nazir Samir Şərifov bildirib.

Azərbaycanca

Bu şirkət sosial kampaniya çərçivəsində öz loqosunu dəyişdi

Fransız geyim brendi “Lacoste” ötən il Beynəlxalq Təbiəti Mühafizə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində nəsli tükənməkdə olan heyvanlara diqqət çəkmək üçün ilk dəfə loqosunda yer alan timsah təsvirini dəyişdirmişdi. Geyim firmasının sözügedən təşkilatla həyata keçirdiyi bu əməkdaşlıq üç il davam edəcək bir razılaşmanı əhatə edirdi və bu korporativ sosial məsuliyyət layihəsi də həmin razılaşmanın bir parçasıdır.

Azərbaycanca

Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən qısamüddətli kreditlərin həcmi 88% azalıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 24 mln. 51 min 100 manat məbləğində kreditlər verilib.

Azərbaycanca

Naxçıvan iqtisadiyyatı 1% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 727 mln. 919 min 600 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal  olunub.

Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur.

Azərbaycanca

Azərbaycan xarici valyutada olan borclarını milli valyutada olan borclarla əvəz edəcək

“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks sosial-iqtisadi islahatlar proqramın vacib tərkib hissələrindən biri dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsidir. Bunun vacib elementlərindən biri dövlət borcunun idarə edilməsi ilə bağlıdır”.

Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Azərbaycanca

"Paşa Bank" Azərbaycanda ilk dəfə sindikatlaşmış müqaviləyə imza atıb

"2018-ci ildə "Paşa Bank" ASC Azərbaycanda ilk dəfə 13,5 mln dollarlıq sindikatlaşmış müqaviləyə imza atıb".

Bunu "Paşa Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov bankın 2018-ci il üzrə maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »