Banco.az | Tezliklə

Sosial sığorta haqlarının hesablanması

2019-cu il yanvarın 1-dən sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Azərbaycanca

Birja indeksinin formalaşdırılması nəzərdə tutulur

Strateji yol xəritələrində müəyyən edilmiş hədəflərə uyğun olaraq, Bakı Fond Birjasında birja indeksinin formalaşdırılması nəzərdə tutulur. Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədrinin müşaviri Rəşad Ağayevin sözlərinə görə, indeksləşmə üçün başlıca şərt listinqdə yetərli sayda səhmlərin olmasıdır. Şirkətlərin listinqə maraq göstərməsi üçün ilkin olaraq onların kütləvi təklif və ya birja vasitəsilə maliyyələşməyə maraq göstərməsi vacibdir.

Azərbaycanca

Küveyt hökuməti 10 faizlik korporativ vergi tətbiq edəcək

Küveytin Nazirlər Kabineti korporativ gəlirlərdən 10 faiz dərəcəsi ilə vergi tutmaq barədə təklifi qəbul edib. Bu addımın atılması gələcək maliyyə ilində 12 milyard Küveyt dinarına (67 milyard manat) çatacağı proqnozlaşdırılan büdcə kəsirinin nəzarətdə saxlanılmasına yönəldilib.

Azərbaycanca

Pensiyaların orta məbləği artaraq orta aylıq əməkhaqqının 40,1 faizinə bərabər olub

Cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz artırılaraq 922,3 milyon manata çatdırılıb. Vəsaitin 97,9 faizini pensiya xərcləri təşkil edib.

Azərbaycanca

Vergilər Nazirliyi vergi boşluqlarını qiymətləndirəcək

Neft və qaz sektorunun bəzi təsirləri nəzərə alınmamaq şərtilə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə qeyri-neft sektoru üzrə 19 faizə yaxın artım olub. Həmin dövrdə pərakəndə ticarət dövriyyəsində 35 faiz artım müşahidə edilib.

Azərbaycanca

ABŞ Yaponiya və Aİ-dən idxal edilən avtomobillər üçün vergi tutmaq qərarını təxirə salıb

Ağ Evdən verilən açıqlamada bildirlir ki, ABŞ Yaponiyadan və Avropa İttifaqından (Aİ) ölkəyə idxal edilən avtomobillər və ehtiyat hissələr üçün gömrük vergisi tətbiq etmək qərarını ən azı altı aylığa təxirə salıb. Bu qərarla hökumətin Aİ və Yaponiya ilə ticarət məsələlərinə dair danışıqlar aparmaq üçün daha çox vaxt qazanmaq məqsədi güddüyü bildirilir.

Azərbaycanca

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən sadələşdirilmiş verginin tutulması

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyirlər.

Azərbaycanca

Yoxlamaların əhatə dairəsi dəqiqləşdirilir

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunda dəyişiklik gözlənilir. Artıq bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının gündəliyinə daxil edilib. 

Azərbaycanca

İqtisadi fəal əhalinin 95,5 faizi məşğuldur

2019-cu il mayın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 140,8 min nəfər olub və onlardan 4 milyon 887,1 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 580,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 896,2 min nəfər, qeyri-dövlət sektorunda isə 684,6 min nəfər olub.

Azərbaycanca

Yaponiya istehlak vergisini artırmaq niyyətindədir

Yaponiyada işgüzar əhval-ruhiyyə göstəricilərinin aşağı düşdüyü elan olunandan iki gün sonra iqtisadiyyata məsul olan iki nazir rəsmi açıqlama verib. Maliyyə naziri Taro Aso deyib: "Hesab etmirik ki, iqtisadiyyatın vəziyyəti 2008-ci ildə qeydə alınmış dünya maliyyə böhranı səviyyəsinə düşəcək".

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »