Banco.az | Tezliklə

Yaponiyanın ixracı 5 ay ardıcıl azalıb

Yaponiyanın ixracı ticarət gərginliyi və texnologiyada qlobal yavaşlamasının təsiri ilə Apreldə beşinci ay ardıcıl azalıb.

Maliyyə Nazirliyi tərəfindən verilən açıqlamaya görə, ixrac Apreldə illik müqayisədə 2.4% geriləyib. İqtisadçılar azalmanın 1.6% olacağını gözləyirdilər.

Azərbaycanca

“Desəm ki, Manat depozitlərinə böyük maraq var, yəqin ki, yalan deyərəm”

“Desəm ki, Manat depozitlərinə böyük maraq var, yəqin ki, yalan deyərəm”.

Bunu “PAŞA Bank”ın 2018-ci ilin yekun nəticələrinin açıqlanmasına həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

Azərbaycanca

Hesablama Palatası: Azərbaycanda bir mənbədən satınalmaların əhatə dairəsi yüksək olaraq qalır

“Məlumatların təhlili göstərir ki, dövlət vəsaitlərinin istifadəsi zamanı 2018-ci ildə 10 min 923 sayda 5,8 milyard manat məbləğində satınalma tətbiq edilib”.

Azərbaycanca

“PAŞA Bank”, toplaşaraq kredit verilməsi üçün daha çox çalışacaq

Azərbaycanda şirkətlər və şəxslər toplaşaraq “yatmış” pullarını başqa bir şirkətə borca verib gəlir götürə bilərlər. Belə bir maliyyə alətini “PAŞA Bank” təklif edir. “PAŞA Bank”ın təşkilatçılığı ilə bir neçə şirkət pullarını, xüsusilə dollardakı vəsaitlərini kreditə verə bilərlər. Belə kreditə sindikatlaşdırılmış kredit deyilir. Sindikatlaşdırılmış krediti bir şəxs deyil, bir neçə şəxs toplaşaraq təqdim edir.

Azərbaycanca

160 Unibank müştərisi lotereya qalibi olub

Unibank kartı olan daha 59 müştəri lotereyada pul uduşu qazanıb. Mərkəzi Bank tərəfindən 1 fevral 2019-cu il tarixindən başladılan “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyada indiyədək 160  Unibank müştərisi pul uduşu əldə edib. Üç aylıq lotereyanın sonuncu tirajının qalibləri də artıq açıqlanıb (https://uploads.cbar.az/assets/5631f77d595ed884b61c36796.pdf ).

Azərbaycanca

"Avro/dollar 1.10-a qədər düşə bilər"

Holandiyanın qlobal bankı və maliyyə xidmətləri şirkəti "Rabobank"ın FX strategiya direktoru Jane Foley ticarət müharibəsinin ola biləcək təsirləri barədə danışıb, Avro/dollar üzrə proqnozunu açıqlayıb.

"Bloomberg"ə istinadən xəbər verilir ki, "Rabobank" 1 avronun 1.10 dollara düşəcəyini gözləyir. 

Azərbaycanca

Azərbaycanda mənzil-kommunal təsərrüfatı xərcləri 1,5 dəfə artıb

Azərbaycanda mənzil və kommunal təsərrüfatı bölməsinə dövlət büdcəsi xərclərinin 2%-i həcmində və ya 451,5 mln. manat vəsait ayrılıb ki, bu da 2017-ci illə müqayisədə 151,3 mln. manat və ya 1,5 dəfə çoxdur.

Azərbaycanca

Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxılışına dəstək verə bilər

"Azərbaycanın Asiya İnkişaf Bankına (ADB) üzv olduğu 1999-cu ildən bəri qurumdan 4,9 milyard ABŞ dolları dəyərində texniki dəstək, kredit və kredit üzrə zəmanət alıb”.

Bunu Bankın vitse-prezidenti İnqrid Van Vis (Ingrid Van Wees) Bakıda keçirilən “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu”nda bildirib.

Azərbaycanca

PAŞA Bank 2018-ci il üçün maliyyə nəticələrini açıqladı

PAŞA Bank 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqladı. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov və İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış etdilər.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »