PAŞA Bank tərəfindən Azərbaycanda ilk dəfə olaraq “HackerRank” texniki platforması üzrə birinci buraxılış uğurla sona çatdırıldı.
PAŞA Bank HackerRank müsabiqəsinin nəticələri açıqlandı
PAŞA Bank tərəfindən Azərbaycanda ilk dəfə olaraq “HackerRank” texniki platforması üzrə birinci buraxılış uğurla sona çatdırıldı.
Nizamnamə — hansısa dövlət orqanının, müəssisənin, təşkilatın hansısa sahədə fəaliyyətini və işinin təşkilini tənzimləyən hüquqi sənəddir.
Deyirlər ki, pul pul gətirər. AccessBank ilə isə pul yalnız pul deyil, eyni zamanda Polo (Volkswagen) gətirir.
İyunun 18-dən etibarən AccessBank-a minimum 5000 AZN məbləğində əmanət yatıran müştərilər lotereyada iştirak etmək hüququ qazanır. Avqustun 31-dək davam edən lotereyanın əsas uduşu Volkswagen Polo avtomobilidir.
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması proseduru müəyyənləşir. Bu, "Bank olmayan kredit təşkilatları haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
ABŞ hökuməti Hindistanı Qlobal Güzəşt Sistemi proqramından çıxardıqdan sonra Hindistan da buna cavab addımı ataraq ABŞ-dan idxal edilən alma, qoz, badam, mərcimək kimi 28 məhsula əlavə gömrük vergisi tətbiq etməyə başlayıb. Bu məhsullardan bəzilərinə qoyulan əlavə gömrük vergisinin dərəcəsi 70 faizə çatır. Hindistan Maliyyə Nazirliyinin açıqlamasında belə bir qərarın milli mənafe nəzərə alınaraq verildiyi göstərilib.
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 97 ölkəyə məhsul ixrac olunmuş, 151 ölkədən idxal olunmuşdur.
Bu ilin aprel ayında İtaliyanın dövlət borcunun məbləği növbəti tarixi maksimuma çataraq 2,373 trilyon avro təşkil edib.
Bu barədə ölkənin Mərkəzi Bankı - “Bankitalia” məlumat yayıb.
ABŞ Mərkəzi Bankının (Fed) bu həftə verəcəyi faiz qərarı qlobal bazarların ən əhəmiyyətli gündəmi olaraq önə çıxır.
Sabahkı yığıncaqda faizdə (2,50%) dəyişiklik gözlənilmir. Amma Fed-in gələcək yığıncaqlarda faiz endirimi üçün siqnal verib-verməyəcəyi diqqətlə izləniləcək.
Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi çıxış edib.
Draghi, "Daha çox faiz endirimi AMB-nin variantlarının bir hissəsidir" deyib.