Paşa Sığorta | Banco.az

Paşa Sığorta

 

Call center
*7000

“PAŞA Sığorta” açıq səhmdar cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bundan başqa, şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması, onun gələcək inkişafı üçün zəruri potensialının mövcudluğundan xəbər verir. 

Sığorta xidmətləri bazarında “PAŞA Sığorta” şirkəti özünü universal sığorta şirkəti kimi təqdim edir. Şirkət həm fərdi, həm də korporativ müştərilər üçün 36 icbari və könüllü sığorta xidməti növü təklif edir. “PAŞA Sığorta” şirkətinin biznes-proseslərinin əsasında milli bazarın xüsusiyyətləri nəzərə alınmaqla, ən qabaqcıl Qərb təcrübələrinin mexanizmləri durur. Şirkətimiz “AMCHAM”, “Global Compact”, “IMIA” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlatda üzv kimi təmsil olunur.

Daha çox
Veb sayt www.pasha-insurance.az
Ünvan Sahil Plaza, M. Useynov prospekti 61, Bakı AZ 1095, Azərbaycan
Telefon (+994 12) 505 12 22
Email [email protected]
CEO Ülviyyə Kərim qızı Cabbarova
Müəllif: farid.islamov

Ən sərfəli krediti almaq üçün müraciət et