Vergi Məcəlləsinin 68-ci maddəsində müəyyən edilmiş hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Məcəllənin 68.2-ci maddəsində bildirilir ki, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Məcəllədə nəzərdə tutulmuş hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.
Vergi Məcəlləsində müddətlərin müəyyən edilməsi