Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınmışdır.
Paytaxtda bankomatların sayı azalıb
Azərbaycan ərzisində quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 7 ədəd azalaraq cari il mayın 1-nə 2 553 ATM təşkil edib.
"Banco.az"ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bankomatların 1 412 ədədi Bakıda, 1 141-i regionlarda yerləşir.
"Amrahbank" ötən ili zərərlə başa vurub
“Amrahbank” ASC ötən ili 5,518 mln. manat zərərlə başa vurub. “Report” xəbər verir ki, bunu Bankın 2015-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı auditini aparan “Grant Thornton” şirkəti açıqlayıb.
May ayında məcmu bank depozitləri azalıb
Banco.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata əsasən, Azərbaycanda qeyri-rezidentlər və dövlət orqanlarının depozitləri də daxil olmaqla cəmi bank depozitlərinin həcmi 2016-cı il may ayının 1-nə 22558,1 mln. manat təşkil edib.
Problemli kreditlər artıb
Ölkəmizdə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi may ayının 1-ə 1 381,3 mln. manat təşkil edib.
"Banco.az" Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, aprelin 1-nə olan göstəricilər ilə müqayisədə 4,13% çoxdur. Yəni, aprel ayında problemli kreditlərin həcmi 54,8 mln. manat artıb.
Bank of Baku həftəiçi 7 gün müştərilərin xidmətində olacaq!
10 iyun 2016-ci il tarixindən etibarən, Bank of Baku həftəiçi 7 gün saat 09:00-dan 21:00-dək müştərilərin xidmətində olacaq.
Geniş pul kütləsinin həcmi azalır
Banco.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, ölkəmizdə geniş mənada pul kütləsinin həcmi 2016-cı il may ayının 1-nə 20565,7 mln. manat təşkil edib.
İyun ayının qeyri-iş günləri açıqlandı
"Kapital Bank" müştəriləri səyahət qazana biləcək
Kapital Bank müştərilərini sevindirməkdə davam edir. Mütəmadi olaraq müxtəlif aksiyalar təqdim edən Bank, yeni “Dincəlmək vaxtıdır” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 13 iyundan 29 iyuladək Kapital Bank-dan kredit götürən müştərilər tirajlı lotereyada iştirak edib, Azərbaycanın dilbər guşələri olan Şamaxı, Qəbələ və Qubada yerləşən 5 ulduz mehmanxanalara səyahət paketləri əldə edə biləcəklər.
Ölkəmizin səfalı bölgələrində çalışmaq üçün fürsət
Lənkəran, Astara, Balakən, Lerik kimi gözəl bölgələrimizdə çalışmaq istəyirsinizsə, "Kapital Bank" sizlərə bu şansı təqdim edir.
Kredit şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə siz peşəkar komandanın üzvü ola bilərsiniz.