2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumları 1 412 472 662,76 manatlıq maliyyə əməliyyatları aparıblar.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 355 127 999,9 manat, yaxud 33,59% artıb.
2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumları 1 412 472 662,76 manatlıq maliyyə əməliyyatları aparıblar.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 355 127 999,9 manat, yaxud 33,59% artıb.
Avropa İnvestisiya Bankı Avropa Şurasının müvafiq tövsiyələrinə uyğun olaraq, Kipr sahillərində geoloji kəşfiyyat fəaliyyətlərinə görə Türkiyəyə kredit ayırmağı ilin sonunadək dayandırıb.
Bu tədbir Türkiyənin özəl şirkətlərinin iştirak etdiyi layihələrə şamil olunmur.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyəti sədrinin müşaviri Rəşad Ağayev müsahibə verib:
Vergilər Nazirliyində departamentlər ləğv edilib, yerində isə baş idarələr yaradılıb.
Bu dəyişikliklər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda qeydə alınıb.
Asiya İnkişaf Bankı (ADB) avqust ayında Azərbaycana dair 2019-2021-ci illəri əhatə edəcək yeni biznes planını təsdiq etməyi nəzərdə tutur.
İsveçrənin bəzi bankları mənfi faiz dərəcəsi ilə kredit verməyə başlayıb.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Azərbaycanda törəməsi olan Rusiya bankı – VTB-nin kredit portfeli bu il iyulun 1-nə 3 trilyon rubl (təxminən, 81 milyard manat) təşkil edib ki, bu da illik müqayisədə 29% çoxdur.
Bu barədə Bankın İdarə Heyətinin sədr müavini Anatoliy Peçatnikov məlumat verib.
Dünya Bankı qrupunun nəqliyyat üzrə missiyası Azərbaycana gəlib.
Aymen Ahmed Osman Alinin rəhbərlik etdiyi missiya bu həftənin əvvəlindən Bakıda görüşlər keçirir.
Pakistan Milli Bankının Bakı Filialı 2019-cu ilin 1-ci yarısını 252 min manat zərər ilə başa vurub.
Filial 2019-cu ilin yanvar-iyun dövründə 197 min manat faiz gəliri əldə edib, qeyri-faiz xidmətləri üzrə isə 11 min manat zərər edib.
Beynəlxalq Hava Yolu Daşıyıcıları Birliyinin (İATA) məlumatına görə, ötən il sərnişinlər hava yolları üçün aldığı biletlərə 845 milyard dollar xərcləyiblər.
2017-ci ildə biletlərin alınmasına 787 milyard dollar xərclənmişdi. Örən il sektor 7,5 faiz artıb. 2019-cu il üçün hədəf 6,3%-lik artım ilə 899 milyard dollardır.