Banco.az | Tezliklə

ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ Enerji İnformasiya İdarəsi, ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 10,8 milyon barrel (2,4 faiz) azalaraq 445 milyon barrelə gerilədiyini açıqlayıb.

Azərbaycanca

ATB Bankdan yeni layihə - Yay Təcrübə Məktəbi fəaliyyətə başladı

Hər zaman təhsilə və gənclərin inkişafına dəstək olan ATB Bank bu dəfə də iqtisad,riyaziyyat və fizika, kibernetika istiqamətli fakultələrin sonuncu kurs tələbələri üçün 1 aylıq təcrübə proqramı keçmək şansı yaratdı. Daxil olan 200-dən çox müraciətlər arasında 10 nəfər tələbə seçilmişdir. Tələbələr təlim sessiyalarında iştirak edib Bankın fərqli departamentləri və filiallarında təcrübə proqramları keçəcək, təqaüd və sertifikatla təmin ediləcəklər.

Azərbaycanca

Türkiyə Mərkəzi Bankı faizi nə qədər endirə bilər?

"Bloomberg HT" Araşdırma Mərkəzi Türkiyə Mərkəzi Bankının faiz qərarı ilə bağlı keçirdiyi sorğunun nəticəsini  açıqlayıb.

Sorğuda iştirak edən 20 qurum İyul iclasında faizidə 250 bənd endirim olacağını və 24% olan faizin 21.50% səviyyəsinə düşəcəyini gözləyir. 

Azərbaycanca

Özbəkistanda alkoqollu içkilər, tütün məhsulları və sıxılmış qaz üçün aksiz vergiləri artırılır

Dövlət başçısının "Aksiz vergisi tətbiq olunan ayrı-ayrı məhsul növlərinin istehsalının və satışının tənzimlənməsinin daha da təkmilləşdirilməsi tədbirləri haqqında" sərəncamına əsasən:

Azərbaycanca

Unibank biznes sahiblərinə cəmi 6 faizdan başlayan biznes kreditləri təklif edir

Unibank biznes sahiblərinə aşağı faizlə biznes kreditləri təklif edir. Bankın İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlığı çərçivəsində ayırdığı biznes kreditlərindən faydalanan sahibkarların sayı artmaqdadır. Bu kreditin üstünlüyü çox sərfəli faizli olması ilə yanaşı, Unibank tərəfindən biznes sahiblərinə sənədləşmə işində yaxından dəstək olunması və kreditin operativ şəkildə ayrılmasıdır. Ayrılan zəmanətli kreditlərin maksimal həddi 5 milyon manatdır.

Azərbaycanca

Cənubi Koreya iqtisadiyyatı 2.1 faiz artıb

Koreya Mərkəzi Bankı tərəfindən açıqlanan məlumatlara görə, Cənubi Koreya iqtisadiyyatı 2019-cu ilin ikinci rübündə əvvəlki rübə nisbətən 1.1 faiz artıb. Proqnoz 0.9% artım olacağı istiqamətində idi.  

İqtisadi artım ikinci rübdə illik müqayisədə 2.1 faiz səviyyəsində baş verib. İqtisadçıların gözləntisi 1.9 faiz səviyyəsində idi.

Azərbaycanca

Avro və Lirə ucuzlaşa bilər

AMB və TCMB-nin faiz qərarlarında azaldılma proqnozları avro və lirənin də ucuzlaşmalarına təsir edə biləcəyi ehtimal edilir.

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının pul-kredit siyasətini daha da yumşalda biləcəyi ehtimalları son günlər EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olan amillər arasındadır. 

Azərbaycanca

“Bank Avrasiya” qiymətli kağızlara investisiyanı ARTIRIB

Bank Avrasiya qiymətli kağızlara investisiyanı artırıb. Ötən ilin birinci yarısına bank aktivlərindən  30 mln 186 min manatı qiymətli kağızlara ayırdığı halda bu ilin birinci yarısında bu rəqəmi 50.14% artıraraq 45 mln 324 min manata çatdırıb.

Azərbaycanca

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,25 ABŞ dolları və yaxud 1,92% artıb. 

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,5 dollar təşkil edib.

Azərbaycanca

Pakistan hökumətinin başçısı sahibkarları vergi yığılmasında köməyə çağırıb

Pakistanın Baş naziri İmran Xan sahibkarları vergi yığmaqda dövlətə kömək etməyə çağırıb. O, növbəti dəfə həmvətənlərini "öz münasibətlərini dəyişməyə" və vergitutma şəbəkəsini genişləndirməyə dəvət edib. Baş nazirin sözlərinə görə, hazırkı şəraitdə yığılmış vergilərin yarısı keçmiş hakimiyyətlərin zamanında əmələ gəlmiş böyük borcların idarə edilməsinə yönəldilir. Büdcəyə daxil olan vergilərin isə təxminən 70 faizi 300 iri şirkətdən gəlir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »