Banco.az | Tezliklə

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

Azərbaycan "Doing Business" hesabatında "Biznesə başlama" meyarı üzrə cari ildə dünyanın ən yaxşıları sırasında yer almağı hədəfləyir. 2019-cu ilin hesabatına görə bu meyarda dünyanın ən yaxşı onluğu sırasına daxil olan ölkəmiz cari ildə biznesə start verilməsi qaydalarında bir sıra yeniliklər tətbiq etməklə mövcud prosedurları daha da asanlaşdırıb.

Azərbaycanca

Türkiyədə xaricdən gətirilən telefonların qeydiyyat xərci üç dəfə artırılıb

Ölkəyə xaricdən gətirilən mobil telefonların qeydiyyata alınması haqqı keçən ilin noyabr ayında 150 lirədən (45,3 manat) 500 lirəyə (151 manata) qaldırılmışdı. "Rəsmi qəzetə"də verilmiş xəbərə görə, 2019-cu il iyul ayının 19-da həmin xərc üç dəfə artırılaraq 1500 lirəyə (453 manat) çatdırılıb və hökumətin bu qərarı iyulun 20-dən qüvvəyə minib. Türkiyədə istifadədə olan hər on telefondan biri xaricdən gətirilərək qeydiyyata alınır.

Azərbaycanca

BVF qlobal iqtisadi inkişaf proqnozlarını aşağı saldı

Beynəlxalq Valyuta Fondunun (BVF) son Qlobal İqtisadi Proqnozlar hesabatına görə, qurum, 2019 və 2020 illərə dair qlobal iqtisadi artım proqnozunu aşağı salıb. 

Azərbaycanca

Neft qiymətlərinə dair proqnozunu artırıb

Beynəlxalq Valyuta Fondu 2019-2020-ci illər üçün dünyada neftin qiymətlərinə dair proqnozunu bir barel üzrə müvafiq olaraq 6,4 dollar artıraraq 65,52 dollara və 4,9 dollar artıraraq 63,88 dollara çatdırıb.

Bu barədə fondun iyul ayına dair “World Economic Outlook” hesabatında bildirilir.

Azərbaycanca

Avro 1.90 manatdan aşağı düşdü

2019-cu ilin İyul ayının 24-nə Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi İyulun 23-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, Avro/manat məzənnəsi 1.8947 manata, Rubl/manat məzənnəsi isə 0,0269 manata düşüb.

1 Türk lirəsi isə 0,2973 manata geriləyib.

Azərbaycanca

Qeyri-rəsmi məşğulluq işçiləri əmək və gələcək sosial təminat hüquqlarından məhrum edir

Əmək müqaviləsi işçi və işəgötürən arasında əmək münasibətlərinin hüquqi müstəvidə qurulmasına və qanuni mənafelərinin təmin olunmasına əsas yaradan sənəddir. Əmək münasibətləri əmək müqaviləsi olmadan yarandıqda isə qeyri-rəsmi xarakter daşıyır və hər iki tərəfi qanunvericilikdə nəzərdə tutulan hüquqlardan, xüsusilə də işçiləri əmək və gələcək sosial təminat hüquqlarından məhrum edir.

Azərbaycanca

27 dövlət əmlakı özəlləşdirilib

İyulun 23-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib. Komitədən bildirilib ki, dövlət əmlaklarının özəlləşdirməsinə qoşulmaq üçün sifarişlərin elektron formada verilməsi, məkana getmədən onlayn iştirak investorların rahatlıqla hərrac xidmətlərindən istifadəsini təmin edir.

Azərbaycanca

Kassa çeklərini tələb etmək hər kəsin vətəndaşlıq məsuliyyətinə çevrilməlidir

Ticarət obyeklərində alğı-satqı zamanı kassa çeklərinin vurulması dövlətin, eləcə də hər bir vətəndaşın maraqlarını ifadə edir və bu məsələdə vətəndaşlardan ciddi fəallıq tələb olunur. Məsələnin digər tərəfi isə iri ticarət şəbəkələrində, ictimai iaşə obyeklərində müştərilərə təqdim olunan çeklərin kassa çeki olub-olmaması ilə bağlıdır. Bir çox iri ticarət şəbəkələri, restoran və kafelər alıcılara kassa çeki əvəzinə "barkod" təqdim edirlər. 

Azərbaycanca

Unibankdan 20.000 AZN-dək krediti indi götür, ödənişi payızdan et!

Bu yay planlarınızı həyata keçirmək üçün Unibank sizə fürsət yaradır. Bankın bir ay ödəniş möhlətli “Gələn yaya saxlama!” nağd kredit aksiyası çərçivəsində, hər kəs 20.000 AZN-dək krediti indi götürüb, ödənişi isə payızdan edə bilər. Aksiya avqustun sonunadək davam edəcək.

 

Azərbaycanca

“Premium Bank”ın son vəziyyəti məlum oldu

“Premium Bank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 7 milyon 853 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 36% azdır. “Premium Bank” ötən ilin 1-ci yarısını 12 milyon 256 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin düşməsi ehtimal olunan kredit və depozit itkiləri üzrə yaradılan ehtiyatdan azad olan vəsaitin 5 dəfə azalması ilə bağlıdır.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »