Ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb.
Bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.
Ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb.
Bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.
“Bakı Sığorta” ASC 2019-cu ilin birinci yarısını 22 min 312 manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 dəfə azdır. Şirkət 2018-ci ilin birinci yarısını 298 min 900 manat xalis mənfəət ilə bağlamışdı.
Müəssisə öz ehtiyacları üçün pərakəndə satış məntəqəsindən nağd qaydada hər hansı mal aldıqda onun gəlirdən çıxılan xərclərə aid edilməsi üçün kassa çeki kifayət edirmi? Əgər kassa çekindən başqa sənəd (elektron qaimə-faktura və s.) yoxdursa, bu zaman hər hansı cərimə nəzərdə tutulurmu?
Bu ilin avqust ayında "Bir pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 11,6 milyon ABŞ dolları olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda məlumat verilib.
2019-cu ilin yanvar-iyul ayları ərzində "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin həcmi açıqlanıb. "İxrac icmalı"na əsasən, ilk 7 ayda portala 346,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10 faiz artıb.
Azərbaycanda 2008-2018-ci illərdə 480,3 mln. ton neft hasil olunub.
Energetika Nazirliyindən verilən məlumata görə, ötən dövr ərzində ən yüksək hasilat göstəricisi 2010-cu ildə qeydə alınıb – 50,8 mln. ton, ən aşağı göstərici isə (38,7 mln. ton) 2017-ci ilə təsadüf edir.
Bu ilin avqust ayı ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı 0,65 faiz bəndi artıb.
"Global Stats" Statistika Mərkəzinin məlumatına görə, noutbukların bazar payı sentyabrın 1-nə 57% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz bəndi azdır.
Saat 11:10-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.
Türkiyədə istehlakçı qiymətləri Avqustda İyul ayı ilə müqayisədə 0.86%, ötən ilin Avqust ayı ilə müqayisədə isə (illik müqayisədə) 15.01% artıb. İyulda illik inflyasiya 16,65% səviyyəsində idi.
İnflyasiyanın aylıq 1.3%, illik 15.5% olması gözlənilirdi.
ABŞ və Çin ticarət danışıqlarının proqramı məsələsində razılığa gəlmirlər. Bu vəziyyət, yenidən gərginləşə biləcək ticarət müharibəsi ilə neftə tələbin daha da azalacağı ehtimalını gücləndirir. Digər tərəfdən, bu il ilk dəfə Avqust ayında OPEC istehsalçılarının hasilatı artıb. Bütün bu proseslər neft qiymətlərinin düşməsinə səbəb olur.