Müəssisə mütəmadi olaraq təhsilin inkişafı ilə bağlı müxtəlif təhsil müəssisələrinə maddi yardımlar ayırır. Həmin məbləğlər müəssisənin gəlirdən çıxılan xərcidirmi?
Müəssisənin gəlirindən xərcin çıxılması
Müəssisə mütəmadi olaraq təhsilin inkişafı ilə bağlı müxtəlif təhsil müəssisələrinə maddi yardımlar ayırır. Həmin məbləğlər müəssisənin gəlirdən çıxılan xərcidirmi?
“Boeing 737 Max” təyyarələrinin istismarının bərpası “Boeing” ilə beynəlxalq hava nəqliyyatı idarəçiləri arasında avqust ayındakı görüş zamanı yaranan ixtilaf üzündən bu ilin sonuna, hətta Yeni İl bayramının sonunadək təxirə salına bilər.
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb. AMB-dən verilən məlumata görə, sentyabrın 2-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 759,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26 faiz təşkil edib.
Qazaxıstanın bankları və mikromaliyyə təşkilatları borcalanlara 33,6 milyard təngə (təxminən 87 milyon dollar) məbləğində kreditlər üzrə faiz və cərimələrinin borclarını bağlayıb. Bundan əlavə, ehtiyacı olan vətəndaşların da 300 min təngəyə (800 dollar) qədər olan borcları ödəniləcək. Kreditin məbləği daha çox olarsa, onun bir hissəsi ödəniləcək.
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1 milyon 777,4 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə "İxrac İcmalı"nda məlumat verilib. 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu il ölkəyə gələnlərin sayı 7,4 faiz çox olub.
100% "AtaHoldinq" şirkətinə məxsus olan "AtaSığorta" ASC 2019-cu ilin 1-ci yarısını 1 milyon 113 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövrünü 2 milyon 350 min manat xalis zərər ilə bağlamışdı. Bu il "AtaSığorta"nın mənfəətə çıxması ehtiyatdan azadolma və işlərin aparılması xərclərinin azaldılması hesabına baş verib. Şirkətin topladığı sığorta haqları azalıb, sığorta ödənişləri isə artıb.
Türkiyə iqtisadiyyatı 2019-cu ilin 2-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1.5 faiz azalıb, Ümumi Daxili Məhsul (ÜDM)1-ci rübə nisbətən isə 1.2% artıb.
İqtisadçılar iqtisadiyyatın illik müqayisədə 2% azalmasını gözləyirdilər.
“Toshiba” şirkəti ABŞ-dakı maye qaz istehsalı müəssisələrini “Total”a satışını başa çatdırıb.
“Toshiba America LNG” törəmə şirkətini 15 milyon dollara satan Yaponiya şirkəti maye qaz bazarında qiymətlərin azalması ilə bağlı bu sahəyə sərmayə qoymağın sərfəli olmadığı qənaətinə gəlib.
Azərbaycanda üzüm istehsalçıları bağın salındığı ilk 4 il ərzində hər hektar əkin sahəsinə görə dövlətdən 600 manat sudsidiya alacaqlar.
Rusiyada 2019-ci ilin yekununda təyyarə biletləti 9-10 faizədəkbahalaşacaq.
Bu barədə Hava Nəqliyyatı İstismarçıları Assosiasiyasının icraçı direktor müavini Boris Şokurov bildirib.