Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 2.314.467,60 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin yaydığı statistik məlumatlara görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 575.014,25 min dollar və ya 33,06 faiz çoxdur. Türkiyənin Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 11,18 faiz təşkil edir.
Yeddi ay ərzində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 2.314.467,60 min dollar olub