Banco.az | Tezliklə

Azərbaycanın ilk milli tankeri istifadəyə verilir

Azərbaycanda inşa edilən "Laçın" adlı ilk neftdaşıyan tanker sınaqlar üçün dənizə buraxılacaq. "APA-Economics"in məlumatına görə, tankerin tikintisi, demək olar, bitib, hazırda gəmidə tamamlama işləri aparılır. Məlumatda qeyd olunur ki, bu ilin sonunadək tanker tam istifadəyə veriləcək.

Azərbaycanca

Dünyada yalnız Türkiyədə istehsal olunan QİYMƏTLİ daş

Türkiyənin Muğla bölgəsi həm turizm, həm də yeraltı sərvətləri ilə insanların sevimli məkanıdır. Fethiye və Köyceğiz bölgələrindəki xrom yataqları, asbest, təbii daş, dəmir, qrafit, əhəng daşı, maqnezium, manqan, kvars, kükürd və uran, eləcə də Milasdakı boksit və kükürd yataqları regionun ən əhəmiyyətli mədənləri olaraq tanınır. Dünyada 1997-ci ildən sonra tanınan “diaspor” daşıda məhz Milas ərazisində yerləşən mədəndən çıxarılır.

Azərbaycanca

Portuqaliyada əməyin bərabər dəyərləndirilməsi istiqamətində kampaniyaya başlanılıb

Portuqaliyada kişilərə və qadınlara bərabər əməkhaqqı ödənilməsinə istiqamətlənmiş "Mən bərabər hüquqlara layiqəm" kampaniyası başlayıb. Kampaniya sentyabrın birinci yarısında radio, televiziya və onlayn-mətbuat tərəfindən geniş işıqlandırılacaq.

Azərbaycanca

Azərbaycan son 10 ildə külək elektrik enerjisi istehsalını 40 dəfəyə yaxın artırıb

Ölkədə 2009-2018-ci illər ərzində külək elektrik stansiyaları tərəfindən 141,5 mln. kVt/s elektrik enerjisi istehsal edib. Energetika Nazirliyindən verilən məlumata görə, ötən 11 il ərzində külək elektrik stansiyalarda ən yüksək enerji istehsalı göstəricisi 2018-ci ildə 82,7 mln. kVt/s, ən aşağı göstərici isə 2010-cu ildə qeydə alınıb – 500 min kVt/s.

Azərbaycanca

"İşsizin dostu" proqramı uğurla davam etdirilir

"İşsizin dostu" proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı yaxın günlərdə açıqlanacaq. Hazırda elektron proqram təminatı üzərində son tamamlama işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən "İşsizin dostu" proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Azərbaycanca

Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən iri mağazalar şəbəkələrində 42 adda ərzaq məhsullarının qiymətlərini araşdırılıb.

Belə ki, 30 avqust 2019-cu il tarixinə “Araz”, “Bazarstore”, “Bizim Market” və “Bravo” mağazalarındakı eyni adda mallar üçün müəyyən olunan qiymətlərin (manatla) müqayisəsi aparılıb.

Azərbaycanca

"Bu gün ölkədə yaradılmış əlverişli mühit sahibkarların işini stimullaşdırır" - Nazir müavini

“Mebel sənayesi ümumi sənayenin aparıcı istiqamətlərindən biridir və bu sahədə xeyli irəliləyişlər əldə edilib”.

Bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xırdalan şəhərində fəaliyyətə başlayan mebel istehsalı müəssisəsinin açılışında deyib.

Azərbaycanca

Azərbaycan neftinin qiyməti 60 dollara qədər ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,74 ABŞ dolları və yaxud 1,20% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,85 dollar təşkil edib.

Azərbaycanca

Rusiyalı nazir: “Uçot dərəcəsi yenidən azaldıla bilər”

"Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurasının sentyabrın 6-da keçiriləcək növbəti iclasında uçot dərəcəsi yenidən azaldıla bilər".

Bu proqnozla ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin çıxış edib.

Azərbaycanca

Vergi yükünün azaldılması və vergiyə cəlbetmə işinin biznesin xeyrinə əsaslı şəkildə dəyişdirilməsi öz bəhrəsini verməkdədir

Bir çox MDB ölkələrində institusional mühitin keyfiyyəti,aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir ki, son illər ərzində MDB ölkələri islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər və bu, müxtəlif səviyyələrdə olmasına baxmayaraq, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »