Müəllif:Mehin Qasımova,Banco.az
Məşhur holland rəssam Vinsent van Qoqun “Çiçəklənən şabalıd ağacları” adlı əsəri Nyu-Yorkda keçirilən Sotheby's hərracında 190,4 milyon dollara satılıb.
Banco.az xəbər verir ki, BBC-nin məlumatına görə, 1890-cı ildə rəssamın həyatının son iki ayında çəkdiyi əsər onun hərrac satışları üzrə şəxsi rekordunu yeniləyib. Van Qoqun əvvəlki rekordu 2022-ci ildə satılan 117,2 milyon dollarlıq rəsm əsəri idi.
Satışdan əvvəl əsərin təxminən 180 milyon dollar dəyərində qiymətləndirildiyi bildirilir. Alıcının kimliyi açıqlanmayıb.
