Banco.az | Tezliklə

Tramp: "İrana sanksiyaları artırmaq göstərişi vermişəm"

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından "Xəzinə Nazirliyinə İrana sanksiyaları artırmaq göstərişini vermişəm" açıqlamasını edib.

ABŞ və İran arasında uzun müddətdir davam edən gərginlik, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya təşkil olunan hücumların ardından artıb. ABŞ, bu hücumların arxasında İranın olduğunu iddia edir.

Azərbaycanca

TANAP kəməri ilə indiyədək 2 mlrd. kubmetr qaz nəql edilib

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə indiyədək 2 mlrd. kubmetr qaz nəql edilib. Bu barədə YAP-ın icra katibliyində "Əsrin müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda keçirilən dəyirmi masa zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Azərbaycanca

AccessBank-ın müştərisi: "İlk dəfə lotereyada qalib oldum" - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, sentyabrın 16-da AccessBank "Pulu gətir, Polo götür" kampaniyası çərçivəsində keçirilən lotereyanın qaliblərini müəyyənləşdirdi. Belə ki, 1 müştəri "Volkswagen Polo", 9 müştəri isə balansında 500 manat olan MasterCard Black Edition ödəniş kartına sahib oldu. Artıq avtomobilin açarları Natavan Babayevaya təqdim olunub. Yeri gəlmişkən, Natavan xanımın sürücülük vəsiqəsi də var, özü də olduqca təcrübəli sürücüdür. Di gəl ki, şəxsi avtomobili yox idi.

Azərbaycanca

Azərbaycan Gürcüstandan keçməklə Türkiyə və Avropaya elektrik enerjisi ixrac edir

Sentyabrın 18-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natela Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Azərbaycanca

Kaxa Kaladze: “Gürcüstanda Energetika Nazirliyi bərpa olunmalıdır”

Tbilisi meri Kaxa Kaladze Gürcüstanda Energetika Nazirliyinin yenidən yaradılmasına ehtiyacın olduğunu bildirib.

Keçmiş energetika naziri energetika sahəsinin Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən ayrılmasını təklif edib.

Azərbaycanca

“Azərsu” 5 milyon manatlıq polietilen boru alır

“Azərsu” ASC-nin polietilen boruların satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

“Tenderin qalibi “Azərtexnolayn” MMC olub.

Azərbaycanca

Azərbaycan son 8 ayda elektrik enerjisi ixracından 58,4 mln dollar qazanıb

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan 58 404,94 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 181,38 min dollar və yaxud 1,98% azdır.

Azərbaycanca

Sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq

“Gələn ildən sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminin 10 faiz artırılması ehtimal edilir. Rəqəmi qabaqcadan səsləndirmək istəmirəm”.

Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Hadı Rəcəbli bildirib.

Azərbaycanca

Qeyri neft-qaz məhsullarının ixracı artıb

Bu ilin 7 ayında ölkədən 1 milyard 133 milyon dollarlıq qeyri neft-qaz məhsulları ixrac edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu da ötən ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 17 faiz, real ifadədə isə 12,8 faiz çoxdur.

Azərbaycanca

Yeddi ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard dollara yaxın olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 932,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 milyard 499,1 milyon dollar, idxalın dəyəri 8 milyard 433,7 milyon dollar təşkil edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »