Banco.az | Tezliklə

Danimarka transmilli şirkətlərə görə hər il yüz milyonlarla dollar itirir

Danimarka dövləti "Nike", "Facebook", "Google" kimi iri transmilli şirkətlərin öz gəlirlərini xarici ölkələrə köçürdüklərinə görə, bu şirkətlərin vergi kimi ödəməli olduqları hər 15 ABŞ dollarından 12-ni itirir. Kopenhagen Universiteti ilə Kaliforniyanın Berkli Universitetinin birgə apardıqları araşdırmaların nəticələrinə əsasən, 2016-cı ildə Danimarka transmilli şirkətlərə görə 1 milyard dollar itkiyə məruz qalıb.

Azərbaycanca

Yanvar-avqust aylarında 996,8 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunub

Bu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 996,8 mln. ABŞ dollarına bərabər olub. Hesabat dövründə yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 122,7 mln. dollar və ya 14 faiz çoxdur. Ümumiyyətlə, cari ilin ilk səkkiz ayında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 10,62 faiz təşkil edib.

Azərbaycanca

Gecikmiş kreditlərin məbləği azalaraq ümumi kredit portfelinin 10,9 faizini təşkil edib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, avqustun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 681,4 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 11 milyard 112,7 milyon manatı və ya 81,2 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Azərbaycanca

Pensiyada olan deputatların pensiyaları artacaq

"Deputatların əməkhaqqı artdı, amma pensiyada olan deputatların pensiyalarında artım demək olar ki, olmayıb". Bu fikirləri bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Hadi Rəcəbli bildirib. O, deyib ki, qanuna əsasən, onlar bu artımı almalıdır, amma faktiki artım həyata keçməyib : "Yanvarın 1-dən pensiyada olan deputatların pensiyaları artacaq. Çünki bizim əməkhaqqında olan artım onların da pensiyasında özünü göstərəcək".

Azərbaycanca

Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

“The Economist Intelligence Unit” analitik mərkəzi ilə “The Economist” dərgisinin birgə hazırladığı hesabatda Bakı şəhəri “Təhlükəsiz Şəhərlər İndeksi 2019” (Safe Cities Index) reytinqinə görə dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır. Hesabatda Bakı şəhəri 56,4 balla qiymətləndirilərək, 49-cu yerdə qərarlaşıb.

Azərbaycanca

Azərbaycan neftinin son qiyməti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,37 ABŞ dolları və yaxud 2% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,33 dollar təşkil edib.

Azərbaycanca

PAŞA Bank Miles&Smiles kartı ilə ipoteka ödənişi aviabilet qazandırır!

İpoteka ödənişlərinizi PAŞA Bank Miles&Smiles kartı ilə Mobil Əlavə üzərindən həyata keçirin və pulsuz aviabilet qazanın!

Azərbaycanca

"Neftin 58 faizi Azərbaycanın payına düşüb"

“Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqları hesabına əldə edilir. Artıq 20- ci ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər”.

Bunu SOCAR -ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.

Azərbaycanca

Qazaxıstan prezidenti bəzi hökumət üzvlərini dəyişib

Qazaxıstan prezidentinin sərəncamı ilə hökumət üzvlərinin tərkibində bir sıra dəyişikliklər aparılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Xarici İşlər naziri Beybut Atamkulov Sənaye və İnfrastruktur İnkişafı naziri vəzifəsinə təyin edilib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »