“Kapital Bank” ASC və informasiya texnologiyaları (İT) sahəsində beynəlxalq şirkət olan IBM arasında əməkdaşlığı əks etdirən anlaşma memarandumu imzalanıb.
“Kapital Bank” İBM-lə anlaşma memorandumu imzalayıb
“Kapital Bank” ASC və informasiya texnologiyaları (İT) sahəsində beynəlxalq şirkət olan IBM arasında əməkdaşlığı əks etdirən anlaşma memarandumu imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalında müasir texnika və texnologiyalardan istifadəsini artırmaq məqsədilə ixtisaslaşmış texnikalarla tanışlıq tədbirlərinə start verib. Aqrar Kredit və İnkişaf Agentliyinin İsmayıllı rayonunda keçirdiyi "Kartof festivalı" bu strateji əhəmiyyətli məhsulun yığımında əl əməyini azaldan və fermer işini yüngülləşdirən texnikaların nümayişinə həsr olunub.
ABŞ Prezidenti Donald Tramp, İrana tətbiq ediləcək yeni sanksiyaları 48 saat içərisində açıqlayacaqlarını bildirib.
İrana qarşı sanksiyaların artırılması məsələsinə toxunan Tramp, "İrana bəzi çox mühüm sanksiyalar əlavə edəcəyik. Bunları da gələcək 48 saat ərzində elan edəcəyik",- deyib.
Azərbaycan Mərkəzi Bank kommersiya banklarına 84 günlük notlar təklif etməyə başlayır.
20 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli – üç aylıq notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Sentyabrın 19-dan 26-dək Azərbaycan Turizm Bürosu Rusiyanın Novosibirsk, Sankt-Peterburq, Ulyanovsk, Kazan, Ufa, Yekaterinburq şəhərlərində silsilə seminarlar keçirəcək.
Bakıda səfərdə olan Qazaxıstan Respublikası Auditorlar Palatasının prezidenti Sapar Koşkinbayev ölkənin vergi sistemindəki dəyişikliklər və "kölgə iqtsadiyyatı" ilə mübarizə istiqamətində görülən işlər barədə "vergiler.az"ın suallarını cavablandırıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 1,1 milyon barrel (0,3 faiz) artaraq 417,12 milyon barrelə yüksəldiyini açıqlayıb. Bazar gözləntisi ehtiyatların 2,49 milyon barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 6,9 milyon barrel azalma qeyd etmişdi.
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 29,81 milyon ton yük ixrac olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,903 milyon ton yaxud 15,1% çoxdur.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Gürcüstana ümumi dəyəri 15 mln. 109,8 min dollar olan 275 209,8 ton sement ixrac edib.
Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 75,427 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 12,321 milyon dollar və yaxud 14% azdır.