Banco.az | Tezliklə

5 BOKT-un nizamnamə kapitalı 8 milyon manatdan çoxdur

2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 5-nin nizamnamə kapitalı 8 milyon manatdan çoxdur.

Azərbaycanca

"Bəzi şirkətlər Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya yatırmaq niyyətindədir"

"Əgər bərpa olunan enerji mənbələrindən il ərzində 1 milyard kilovatsaat elektrik enerjisi istehsal edə bilsək, bu, ildə bizə, təxminən, 245 milyon kubmetr təbii qaza qənaət edilməsinə imkan verəcək".

Bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.

Azərbaycanca

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib

Səudiyyə Ərəbistanı hökuməti öz neftayırma müəssisələrinin təchizatı üçün İraqın “State Oil Marketing Organization” (SOMO) şirkətindən 20 milyon barel xam neft istəyib.

“Saudi Aramco” dövlət neft şirkətində bu xəbəri şərh etməyiblər.

Azərbaycanca

Bakıda iqtisadiyyatın rəqəmsallaşdırılması nəticəsində yaranan vergi problemləri müzakirə ediləcək

Oktyabrın 8-dən 10-dək Bakıda Avrasiya ölkələri üçün Vergitutma Bazasının Aşınmasına və Mənfəətin Vergitutmadan Yayındırılmasına (Base Erosion and Profit Shifting, BEPS) qarşı V regional iclas keçiriləcək.

Azərbaycanca

“Amazon” ilk dəfə müştərilərə nağd ödəniş etmək imkanı yaradıb

Məşhur onlayn satış portalı “Amazon” ilk dəfə müştərilərə nağd ödəniş etmək imkanı yaradıb.

Ekspertlər belə bir addım nəticəsində “Amazon”un ənənəvi alış-veriş mərkəzlərilə rəqabətdə xal qazanacağı qənaətindədir.

Azərbaycanca

Beynəlxalq kart təşkilatları Azərbaycan banklarına daha bir qadağa qoyub

Gələn ildən Azərbaycan banklarının plastik kart istifadəçiləri statik 3D kodlarından yararlana bilməyəcəklər. 

"Visa International" və "Mastercard" beynəlxalq kart təşkilatları yerli banklara bununla bağlı qadağa qoyub. 

Azərbaycanca

Böyük Britaniya faiz qərarını açıqladı

Böyük Britaniya Mərkəzi Bankı bugünkü iclasında faizini dəyişməyərək 0.75 faiz səviyyəsində saxlayıb. 

Azərbaycanca

Vətəndaşların sosial rifahı sosial siyasətin prioritet istiqamətidir

Azərbaycanda gələn ildən sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminin 10 faiz artırılacağı ehtimal olunur. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Hadi Rəcəbli bildirib.

Azərbaycanca

"İqtisadi əlaqələrin inkişafı üçün ticarət yetərli deyil, investisiyaların həcmi artırılmalıdır"

"Azərbaycanla Türkiyə arasında 2018-ci ildə ticarət dövriyyəsinin həcmi 2017-ci ilə nisbətən, təxminən, 30 faiz artaraq 3,4 milyard ABŞ dollarına çatıb". Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu rəqəm kifayət deyil: "2015-ci ildən sonra ticarət dövriyyəmizin 5 milyard dollarlıq səviyyəsi olub. Əsas məqsədimiz qısa zamanda həmin rəqəmi bərpa etmək və daha da artırmaqdır".

Azərbaycanca

Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı planlaşdırır

2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırmaq əsas hədəflərdəndir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »