2018-ci ildə Türkiyə vətəndaşları Monteneqronun daşınmaz əmlak bazarına investisiyaları 2017-ci illə müqayisədə 2,2 dəfə artırıb.
Türkiyə vətəndaşlarının Monteneqronun daşınmaz əmlak bazarına investisiyaları kəskin artıb
2018-ci ildə Türkiyə vətəndaşları Monteneqronun daşınmaz əmlak bazarına investisiyaları 2017-ci illə müqayisədə 2,2 dəfə artırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində ölkəmizin ixracı 13,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon ABŞ dolları və ya 5 faiz artıb.
Bu ilin yanvar-avqust aylarında “Azexport” portalına 399,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.
Bu barədə Azərbaycanın İqtisadiyyat nazirin müavini Sahib Məmmədov Sahibkarlığın İnkişafı Fondunun və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan ofisinin təşkilatçılığı ilə reallaşan "Ağıllı körpü" layihəsinin başa çatmasına dair keçirilən tədbirdə çıxış edərkən bildirib.
Hazırda Azərbaycanda Almaniya kapitallı 154 şirkət fəaliyyət göstərir. Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 27-də Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda deyib. Nazir müavini qeyd edib ki, cari ilin 7 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.
Azәrbaycanın qeyri-neft sektoru üzrә әsas ticarәt partnyorlarından biri Rusiya Federasiyasıdır. 2018-ci ildә 1 milyard 689 milyon ABŞ dolları dәyәrindә qeyri-neft sektoruna aid mәhsullar ixrac edilib ki, bunun da 619.2 milyon ABŞ dolları vә ya 36.7 faizi mәhz Rusiya Federasiyasının payına düşür. Ümumilikdә 2018-ci ildә Rusiyaya qeyri-neft ixracı 2017-ci illә müqayisәdә 12 faiz artıb.
Prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min və ya 2018-ci ilin analoji dövrü ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC dünyanın 23 ölkəsinə 28 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.
Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft sektoru üzrə ixraca həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir.