Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
PAŞA Bank Əməkhaqqı Layihəsinə qoşulmuş müştərilər üçün daha bir yenilik təqdim edir.
Belə ki, Bankın müştəriləri artıq ölkə vətəndaşı olmayan şəxslər üçün əməkhaqqı kartlarını onlayn şəkildə sifariş edə bilərlər. Əlavə olaraq, müddəti bitmək üzrə olan əməkhaqqı kartlarını onlayn şəkildə yeniləmək mümkündür.
Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə növbəti sosial layihəni həyata keçiririb. Bu dəfə “Yaşa” Mərkəzinin üzvləri komandalar şəklində intellektual oyunda biliklərini sınayıblar. Məşhur “Nə? Harada? Nə Zaman?” oyunları formatında keçən yarışma 21 sentyabr 2019-cu il tarixində keçirilib.
Azərbaycan nefti iki dollara yaxın ucuzlaşıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,97 ABŞ dolları və yaxud 3,02% azalıb.
Əhalinin və şirkətlərin banklara borcu artmaqda davam edir. Əsasən istehlak kreditləri hesabına müştərilərə verilən kreditlər artır.
31 Avqust 2019-cu il tarixinə bankların müştərilərə verdiyi cəmi kreditlər 13 milyard 526 milyon 400 min manat təşkil edib.
Bu gecə Brent nefti 2%-dən çox ucuzlaşaraq barelinin qiyməti 59,66 dollara geriləyib.
ABŞ xam nefti isə daha çox - 2,5% ucuzlaşıb və barelinin qiyməti 54,48 dollara düşüb.
2019-cu ilin Oktyabr ayının 01-nə Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi Sentyabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, Avro/manat məzənnəsi 1.8515 manata, Rubl/manat məzənnəsi isə 0,0262 manata düşüb.
1 Türk lirəsi isə 0,3009 manata yüksəlib.
AccessBank müəllimlər ayına start verir! Belə ki, 5 oktyabr - Müəllimlər günü münasibətilə AccessBank 1 gün deyil, düz 1 ay davam edən nağd kredit kampaniyası keçirir.
Kredit reytinqi agentliyi "Fitch Ratings"in proqnozuna görə, qlobal iqtisadi artım 2019-cu ildə 2.6%-ə, 2020-ci ildə isə 2.5%-ə geriləyəcək. 2020-ci ildəki iqtisadi artım 2012-dən bəri ən aşağı səviyyə ola bilər. Qlobal iqtisadi artım 2018-ci ildə 3.2 faiz təşkil etmişdi.
Dünyanın böyük hazır geyim markalarından "Forever 21" iflasın astanasındadır. Şirkətin dünyanın 40 ölkəsində 350 mağazası var.
ABŞ-ın məşhur şəbəkə geyim mağazalarından olan "Forever 21" məhkəməyə iflasdan qorunma müraciətini edib. Şirkətə batmaması üçün tədbirlər görməsinə müddət veriləcək.