Banco.az | Tezliklə

Kriptovalyuta bazarı yenidən böyüməyə başlayıb

"Facebook" sosial şəbəkəsinin dövriyyəyə buraxmaq istədiyi "Libra" kriptovalyutası ətrafında baş verənlərdən sonra rəqəmsal pullar bazarındakı ani azalmanı yenidən artım əvəz edib. 

Kriptovalyuta bazarının həcmi 226 milyard dolları keçib. 

Azərbaycanca

Azərbaycanın blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi beynəlxalq səviyyədə müzakirə olunub

Oktyabrın 9-dan 11-nə qədər Rusiyanın Soçi şəhərində keçirilmiş “Finopolis 2019” forumunda Azərbaycan Mərkəzi Bankının (AMB) pilot layihə kimi yaratdığı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi dəyirmi masa arxasında müzakirə edilib.

Bu barədə AMB-nin açıqlamasında bildirilir.

Azərbaycanca

Volkswagen Türkiyəyə sərmayə yatırmaq planını təxirə saldı

Almaniyanın "Volkswagen AG" şirkəti Türkiyəyə sərmayə yatırmaq planını təxirə salıb.

"Volkswagen"in, Türkiyənin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatı səbəbilə Manisadakı sərmayə planını təxirə saldığı bildirilir. 

Azərbaycanca

Azərbaycana mobil telefon idxalında böyük artım

Bu ilin yanvar-avqust ayında Azərbaycana 849 170 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Azərbaycanca

Fərid Hidayətzadə: “Əsas məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi olmaqdır”

Son illər ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət ayrılır. Sahibkarların daha rahat maliyyələşməsi, xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə, məsafədən ala bilməsi üçün banklar yeniliklər təqdim edir. Ölkənin birinci bankı olan Kapital Bank da bu tendensiyadan geri qalmır və geniş çeşidli bank xidmətləri və məhsullarla sahibkarlara dəstək göstərmiş olur.

Azərbaycanca

Qızılın qiyməti barədə daha bir proqnoz

Böyük Britaniyanın bank və maliyyə xidmətləri şirkəti "Standard Chartered Bank" fərdi investorların alışlarının artmasının qızılın qiymətinin daha da yüksəlməsinə dəstək olacağını nəzərdə tutur.

Azərbaycanca

Kənd təsərrüfatında uçot və onun əhəmiyyəti

Vergi sistemində aparılan islahatların əhatə etdiyi məsələlər arasında sahibkarlıq və təsərrüfat subyektlərində maliyyə hesabatlılığının düzgün qurulması və uçotun təşkili xüsusi yer tutur. Uçotun düzgün təşkil olunmaması vergi ödəyiciləri tərəfindən ikili mühasibat əməliyyatlarının aparılmasına, dövriyyələrin gizlədilməsinə səbəb olur.

Azərbaycanca

Əmək müqaviləsi üzrə məlumatların bildiriş bazasında göstərilməsi

Biznes münasibətlərində rastlaşdığımız məsələlərdən biri də əmək müqaviləsi üzrə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bildiriş bazasına daxil ediləndən sonra baş verən dəyişikliklərin vaxtlı-vaxtında sistemə daxil edilməməsidir.

Azərbaycanca

Banklarda Dollar və Avronun qiymətləri

Saat 10:00-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.

Azərbaycanca

Mərkəzi Bankın pilot layihəsinə ciddi maraq

09-11 oktyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində təşkil olunan “Finopolis 2019” forumunda Azərbaycan Mərkəzi Bankının pilot olaraq reallaşdırdığı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi dəyirmi masa arxasında müzakirə edilib.

Bu barədə Mərkəzi Bankdan bildirilib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »