Banco.az | Tezliklə

Dünya Ticarət Təşkilatı ABŞ-ın "Airbus" təyyarələrinə əlavə vergi qoymaq qərarını qəbul edib

Dünya Ticarət Təşkilatının (DTT) vasitəçilik missiyası ABŞ dövlətinin "Airbus" şirkətinə 7,5 milyard məbləğində əlavə gömrük vergisi tətbiq etməsini qəbul edib. Təşkilatın 164 üzvündən ibarət missiya Avropa İttifaqına və "Airbus" təyyarələri istehsal edən İngiltərə, Fransa, Almaniya və İspaniyaya qarşı əlavə gömrük vergisi tətbiq etməsinə rəsmi icazə verməsini qanundankənar təşviq yardımları ilə əlaqələndirib.

Azərbaycanca

“Kapital Bank” kreditləri 220 milyon manatdan çox artırıb

2019-cu ilin 9 ayı ərzində “Kapital Bank” ASC-nin müştərilərə verdiyi kreditlər 220 milyon 623 min manat artıb.

Azərbaycanca

Azərbaycanda iqtisadi artımla bağlı yeni proqnozlar

Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda 2,7%-lik, 2020-ci ildə isə 2,1%-lik iqtisadi inkişaf nəzərdə tutur. 

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yayımladığı “Global Economic Outlook” hesabatının oktyabr sayında qeyd edilib.

Azərbaycanca

Qlobal iqtisadiyyatın artımı üzrə proqnozlar pisləşdi

Beynəlxalq Valyuta Fondun (IMF, BVF) qlobal iqtisadiyyatın artımı üzrə proqnozunu ticarət müharibələrini səbəb göstərərək aşağı salıb. 

Təşkilat 2019-cu il üzrə qlobal iqtisadi artım gözləntisini 3.2%-dən 3%-ə, 2020-ci il üzrə iqtisadi artım gözləntisini isə 3.5%-dən 3.4%-ə endirib. 

Azərbaycanca

Dollarda ucuzlaşma dərinləşə bilər

Dollarda ucuzlaşma, İngiltərə və Avrozonadan inflyasiya və ABŞ-dan pərakəndə satış və neft ehtiyatları göstəricilərinin açıqlanması diqqət mərkəzindədir.

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir. Dollarda ucuzlaşma dərinləşə bilər. 

Azərbaycanca

Koreya faizi rekord aşağı səviyyəyə saldı

Koreya Mərkəzi Bankı faizi 25 bənd endirdi

Cənubi Koreya Mərkəzi Bankı qlobal iqtisadi yavaşlamanın inflyasiyaya və ixraca təzyiq yaratması ilə əlaqədar olaraq bu il ikinci dəfə faiz endiriminə gedib.

Azərbaycanca

İlham Əliyev iqtisadi müşavirə keçirdi

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.

Azərbaycanca

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,67 ABŞ dolları, yaxud 1,08% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,92 dollar təşkil edib.

Azərbaycanca

Azərbaycanın ən böyük özəl bankı 9 aylıq maliyyə göstəricilərini açıqladı

“PAŞA Bank” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) 64 milyon 596 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 14 milyon 167 min manat və ya 28% artıb. “PAŞA Bank” 2018-ci ilin 9 ayını 50 milyon 429 min manat xalis mənfəətlə bağlamışdı.

Azərbaycanca

1 illik dövlət istiqrazları 6.35%-lə yerləşdirildi

15 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »