Banco.az | Tezliklə

Neftin ucuzlaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,78% azalaraq 1 barelə görə 58,89 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,71% azalaraq 53,21 dollar təşkil edib.

Azərbaycanca

Türkiyədə dollar yenə BAHALAŞDI

Türkiyədə dollar biraz da bahalaşıb.

Hal-hazırda Türkiyədə 1 dollar 5,9274 türk lirəyə qədər bahalaşıb. Sentyabr ayının 30-dan oktyabr ayının 14-ə qədər dolların qiyməti türk lirəsinə nəzərən 5% artıb.

Azərbaycanca

İnvestorların gözü Breksit müzakirələrindədir

İnvestorların gözü Breksit müzakirələrindədir və bu gün Avropadan yayımlanacaq "ZEW" indeksi də böyük maraqla gözlənilməkdədir.

Beynəlxalq valyuta birjalarında Breksit müzakirələri fonunda ticarət aktivliyinin azalması müşahidə edilir. 

Azərbaycanca

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələri arasında gömrük rüsumları sıfıra endirilə bilər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşü çərçivəsində Bakıda keçirilən biznes forumunda çıxış edən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcıkoğlu Xəzər dənizinin tranzit potensialından daha effektiv istifadə olunmasından danışıb: "Bu, ticarət dövriyyəsinin artmasına müsbət təsir edə bilər".

Azərbaycanca

Beynəlxalq görüşlər qarşılıqlı əməkdaşlıq və uğurlu iş üçün çox əhəmiyyətlidir

Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" layihəsinə (BEPS) həsr olunmuş 5-ci regional iclası keçirilib.

Azərbaycanca

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri müəyyənləşib

Nobel komitəsi iqtisadiyyat üzrə Nobel mükafatı qalibləri haqda məlumat yayıb. Məlumata görə bu il mükafat üç tədqiqatçıya veriləcək. Belə ki, iqtisadiyyat üzrə Nobel mükafatının qalibləri bu il yoxsulluqla əlaqədar gördüyü işlərə görə Abhicit Banerci, Ester Duflo və Maykl Kremer müəyyənləşib.

Azərbaycanca

Azərbaycan neftinin son qiyməti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,67 ABŞ dolları, yaxud 2,61% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,25 dollar təşkil edib.

Azərbaycanca

İnvestisiya şirkətinin birja üzvlüyü bərpa olunub

Oktyabrın 14-də Bakı Fond Birjasının Üzvlük Komissiyasının qərarı ilə “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin birja üzvlüyü bərpa olunub.

Bu barədə Bakı Fond Birjası məlumat yayıb.

Azərbaycanca

17 000 manatadək əmanətlərin hansı bank filiallarında ödəniləcəyi açıqlandı - SİYAHI

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapitalbank” ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »