Saat 10:10-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.
Banklarda Dollar və Avronun qiymətləri
Saat 10:10-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.
Bu ilin sentyabrında Azərbaycandan MDB ölkələrinə 55 milyon 563 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 318 milyon 411 min dollar olub.
Dövlət Gömrük Komitəsi sentyabr ayında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə göndərilən və bu ölkələrdən idxal olunan məhsullar haqda məlumat yayıb. Məlumata əsasən, hesabat dövründə Azərbaycandan qeyd olunan ölkələrə 596 milyon 410 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gələn ildən məşğulluq sahəsində yeni məqsədli proqramlara başlamağı nəzərdə tutur. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu proqramlar əhalinin həssas qruplarının, sosial müdafiəyə xüsusi ehtiyacı olanların, həmçinin işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına xidmət edəcək.
Dövlət Gömrük Komitəsi cari ilin sentyabr ayında Azərbaycanda ticarət əməliyyatlarının həcmi haqda məlumat yayıb. Məlumata əsasən, sentyabrda Azərbaycanın ümumi ticarət dövriyyəsi 2 milyard 342 milyon 467 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsi sentyabr ayında ixrac olunan məhsulların ötürülmə vasitələri haqda məlumat yayıb. Məlumata əsasən, hesabat dövründə ixrac edilən 3 milyon 92 min 88 ton məhsul stasionar nəqletmə vasitələri ilə göndərilib.
Komitədən verilən məlumata görə, ötən ay stasionar nəqletmə vasitələri ilə ölkəyə məhsul idxal olunmayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası "Marja ticarətinə dair Qaydalar"ı təsdiq edib. Qaydaların təsdiqi ilə Azərbaycanda marja ticarətinə dair investisiya şirkətləri üçün tələblər müəyyənləşib. Belə ki, oktyabr ayından başlayaraq marja ticarəti xidməti göstərən investisiya şirkəti aşağıdakı tələblərə cavab verməlidir:
Prezident İlham Əliyevin oktyabrın 15-də yanında keçirilmiş iqtisadi müşavirədə bank sektoru ilə bağlı verdiyi tapşırıqların icrası məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, həmçinin ölkədə fəaliyyət göstərən istehlak yönümlü bankların iştirakı ilə iclas təşkil olunub, fəaliyyət istiqamətləri müzakirə edilib.
“Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsinə həsr olunan kollegiya iclasında deyib.
15 oktyabr 2019-cu il tarixində ölkə rəhbəri cənab İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib, dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının müxtəlif istiqamətləri ilə yanaşı, maliyyə bazarlarındakı cari vəziyyət, sektorun effektivliyinin və dayanıqlılığının artırılması baxımından həyata keçirilən islahatlara toxunulub, qarşıdakı dövr üçün konkret hədəflər və vəzifələr müəyyənləşdirilib, tapşırıqlar verilib.