Nikoil Bank rebrendinq prossesinə başladı və bu yenilik öz əksini bankın adında, müştərilərə göstəriləcək xidmət səviyyəsində və bankın yeni filiallarının artımında tapacaq.
Nikoil Bank adını dəyişdirdi
Nikoil Bank rebrendinq prossesinə başladı və bu yenilik öz əksini bankın adında, müştərilərə göstəriləcək xidmət səviyyəsində və bankın yeni filiallarının artımında tapacaq.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 ̶ Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Şirkətlərin daha çox sevilməsinin və yadda qalmasına əsas keyfiyyətli məhsul və xidmətləridir. Bundan başqa onların seçdiyi loqoların da yaddaşlara həkk olunmasında əsas faktorlardandır. Şirkətlərin adlarının rahat səslənməsi, istifadə olunan rənglər, şüarları və s. şirkətin məhsulundan istifadə edilmədiyi halda belə sevilməsinə səbəb olur. Buna görə də müəyyən müddət sonra şirkətlər loqolarını, şüarlarını və s. dəyişirlər.
Noyabrın 22-də Bakı Bulvar Otelində “Beynəlxalq Pərakəndə Sərgi” öz işinə başlayıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə də iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin bazarlara çıxışının genişləndirilməsi üçün KOB-ların sərgidə iştirakına dəstək göstərib.
“Bu il Amerika Birləşmiş Ştatlarında kibercinayətkarlar tərəfindən 12 milyard dollar pul oğurlanıb”.
Bu haqda Norton agentliyi məlumat yayıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir.
Azərbaycan - Rusiya və Rusiya - Azərbaycan işgüzar şuraları turizm əməkdaşlığı və turizm alyansı təsisi barədə saziş imzalayacaq.
Bu barədə X Rusiya – Azərbaycan regionlararası forumunun açılışında Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov bildirib.
Noyabrın 25-nə manatın məzənnəsi açıqlanıb.
25.11.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Bu ilin 10 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 332,4 milyon manat dəyərində məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 37 faiz, geyim istehsalında 12 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 26,2 faiz azalma müşahidə edilib.
Prezident İlham Əliyev "Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.