Banco.az | Tezliklə

Kompüter, elektron və optik məhsulların istehsalı 37 faiz artıb

Bu ilin 10 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 203,8 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 6,8 faiz azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 37,1 faiz artıb.Hesabat dövründə ötən ilin eyni ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 71,6 dəfə, məişət soyuducularının istehsalı 25,2 faiz çoxalıb.Vergiler.az

Azərbaycanca

Litva hökuməti ticarətə və bank aktivlərinə vergi qoyulmasını təsdiqləyib

Litva Respublikasının Nazirlər Kabineti Seymin ticarətdən və bank aktivlərindən vergi tutulması barədə qərarını təsdiqləyib – bu yığımlar artıq gələn ilin dövlət büdcəsinə daxil edilib. Bununla belə, Nazirlər kabineti parlamentə həmin vergilərin təsiri barədə məsləhətləşmələr aparmağı tövsiyə edib. Bundan əlavə, Seymə verginin tətbiqinin tarixini dəqiqləşdirmək, onu Avropa İttifaqının normaları ilə uyğunlaşdırmaq təklif olunub.

Azərbaycanca

Qida əlavələrinin təhlükəsizliyinə dair beynəlxalq seminar keçirilib

25 noyabr, 2019-cu il tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə təşkilatçılığı ilə Bakıda "Qida Əlavələrinin Təhlükəsizliyi" adlı beynəlxalq seminar keçirilmişdir.

Azərbaycanca

Bank BTB Black Friday ərəfəsində Böyük Fürsətlər təklif edir

Müştərilərini hər fürsətdə sevindirən Bank BTB bu dəfə dünya trendinə qoşuldu. Belə ki, bank Black Friday ərəfəsində müştərilərilərinə 5 günlük kampaniya çərçivəsində möhtəşəm ENDİRİMLƏR təklif edir. Onu da qeyd edək ki, 25-29 noyabr tarixləri arasında davam edən endirimlər həm kart həm də kredit məhsullarını əhatə edəcək.

Azərbaycanca

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib. 

Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 894,7 milyon manat məbləğində proqnozlaşdırılır. 

Azərbaycanca

Bank Respublika müştərilərinə vergi sahəsində pulsuz xidmət göstərəcək!

Sahibkarlıq fəaliyyətilə məşğulsunuz və vergi məsələləri ilə bağlı sullarınıza cavab axtarırsınız? Hesabatların hazırlanmasında çətinlik çəkirsiniz? Əgər Siz “Bank Respublika”nın müştərisinizsə, narahat olmağa dəyməz!

Azərbaycanca

"StartupFest 2019" beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilib

"StartupFest 2019" adı altında startapları əhatə edən beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib. 

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının “Startup Fest 2019” tədbirinin rəsmi açılış mərasimində çıxış edib.

Azərbaycanca

"Novartis"dən 10 milyard dollarlıq satınalma

İsveçrənin dərman istehsalçısı "Novartis AG" şirkəti, ABŞ-ın biotexnologiya şirkəti "The Medicines Co"nu 9,7 milyard dollar qarşılığında satın alır.

"Novartis", "The Medicines"i satın alaraq dərman portfelini böyütməyi hədəfləyir.  

Azərbaycanca

227 şirkət və şəxslərə aid binaların istismarına icazə aktı qeydiyyat orqanına daxil olub

İstismarına icazə verilən binaların çıxarışla təmin olunması ilə bağlı işlər davam edir. Bununla bağlı vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərilir, ilkin sənədlər toplanır. Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası çərçivəsində reallaşdırılır.

Azərbaycanca

Uzun müddət işsiz qalmağın əsas SƏBƏBLƏRİ

Bəzən ən kvalifikasiyalı mütəxəssislər də aylarla işsiz qala bilir. Ola bilsin ki, səbəb aşağıda sadalananlardan biridir. Bu yanlış hərəkətləri necə düzəltmək olar?

Gecikirsiniz

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »