Bankların tətbiq etdiyi kredit faizləri kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığını xeyli azaldır. Bu da həmin sektorun inkişafına ciddi maneə yaradır. İqtisadçı ekspert Samir Əliyev banklardakı yüksək faizlərin səbəblərinə aydınlıq gətirib: "Azərbaycanda sahibkarların pul resurslarına ən əlçatan mənbəyi bank kreditləridir. Ölkədə kapital bazarı zəif inkişaf etdiyindən sahibkarlar pul resursunu əsasən bank sektorundan cəlb edirlər.
Kreditlərin ucuzlaşması üçün iqtisadi riskləri azaltmaq lazımdır