“Azərbaycanda həyata keçirilən islahatların əsas məqsədi vətəndaş məmnunluğuna nail olmaqdır”.
Bunu Bakıda keçirilən "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu"nda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
“Azərbaycanda həyata keçirilən islahatların əsas məqsədi vətəndaş məmnunluğuna nail olmaqdır”.
Bunu Bakıda keçirilən "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu"nda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
Yeni bir işə başlamaq sizdən cəsarət, qərarlılıq və cəlbedici bir fikrə sahib olmağı edir və dünyanın hər yerində vəziyyət belədir, lakin bəzi yerlər iş qurma prosesinin nisbətən asan keçməsi üçün daha əlverişli şərait vəd edirlər. Bu hal da, quracağınız müəssisənin müvəffəqiyyət qazanmasını asanlaşdırır.
Məşhur oyun şəbəkəsi olan Epic Games Store 2019-cu ili möhtəşəm bir şəkildə bağlayacaqlarını bildirib. Bu məqsədlə şirkət sabahdan etibarən pulsuz oyun marafonuna start verəcək. Belə ki, Epic Games Store-də hesabı olan bütün istifadəçilərə 12 gün ərzində pulsuz oyunlardan yararlanmaq imkanı yaradılır. Qeyd olunan vaxt bitdikdən sonra da oyunlardan istifadə etmək mümkün olacaq.
24 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Apple 2019-cu ilin ən uğurlu smartfon istehsalçısı seçildi.
Bu barədə "Counterpoint Research" şirkəti məlumat yayıb.
Bu ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 2 503,2 min və ya 12,1% çox sərnişin daşınıb.
Ötən dövr hava nəqliyyatı ilə daşımaların 99,9% dövlət, 0,1% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Hazırda Böyük Britaniyanın Maliyyə Tənzimlənməsi və Nəzarəti İdarəsinin rəhbəri olan britaniyalı Endryu Beyli İngiltərə Bankının yeni rəhbəri seçilib.
Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
ABŞ-da indekslər ötən günü rekord səviyyələrdə bağlayıblar, S&P 500 İndeksi 2013-cü ildən bu yana ən yaxşı illik performansını göstərərək illik 28% artıma yönəlib
Almaniyanın Frankfurt şəhərinin rayon məhkəməsi “Uber” texnologiya şirkətinin ölkədəki fəaliyyətinə qadağa qoyub.
Məhkəmənin qərarına əsasən, “Uber”in Almaniyada həyata keçirəcək hər bir qanunsuz səfəri üçün şirkət 250 avro ödəməli olacaq və təkrar pozuntular halında bu məbləğ 250 min avroya çatanadək artacaq.
Argentina Mərkəzi Bankı (BCRA) faiz dərəcəsini 5 faiz bəndi azaldıb.
Məlumata görə, BCRA uçot dərəcəsini 58%-ə endirib.
Report.az