“Geotab” şirkətinin mütəxəssisləri hansı elektromobillərin batareyasının daha tez tükəndiyinə aydınlıq gətiriblər.
Aparılan araşdırmalara əsasən isti ölkələrdə istifadə edilən və sürətli enerji yığan elektromobillərin batareyası daha tez tükənir.
“Geotab” şirkətinin mütəxəssisləri hansı elektromobillərin batareyasının daha tez tükəndiyinə aydınlıq gətiriblər.
Aparılan araşdırmalara əsasən isti ölkələrdə istifadə edilən və sürətli enerji yığan elektromobillərin batareyası daha tez tükənir.
Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.
20.12.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
"Milli ödəniş sistemimiz olmadığına görə maliyyə bazarlarımız şoklara və manipulyasiyalara qarşı dayanıqsızdır. Bunun qarşısını almaq üçün Rusiya, Çin və Braziliya ilə birlikdə alternativ beynəlxalq ödəniş sistemi üzərində işləyirik."
Bunu Malaziyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Böyük Britaniya Mərkəzi Bankı (BoE) dekabr yığıncağında faiz və aktiv (qiymətli kağız) alışı hədəfində dəyişiklik etməyib.
Bank faizi 0.75% səviyyəsində, qiymətli kağız alışlarını 435 milyard sterlinqdə, şirkət istiqrazları alış hədəfini isə 10 milyard sterlinq səviyyəsində sabit saxlayıb.
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 738 774,29 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 855,49 min dollar və ya 0,3% azdır.
“The Economist” Özbəkistanı ilin ölkəsi adlandırıb
“The Economist” jurnalı özünün “İlin ölkəsi” nominasiyasında Özbəkistanı apardığı islahatlar sayəsində daha çox irəliləyiş əldə edən dövlət adlandırıb.
Cari ildə Gürcüstanın daxili tələbatını ödəmək üçün təxminən 2,6 milyard kubmetr təbii qaz alınacaq. Bu həcmin 95 faizi Azərbaycanın payına düşür. Bununla da deyə bilərik ki, Azərbaycan ölkəmizin əsas təbii qaz tədarükçüsü olaraq qalır.
Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1.772,0 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faizlik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 5,9 faiz artaraq 298,4 mln. manat təşkil edib.
Bank inzibatçısı Ramal Əhmədov bank işinə aid bütün sahələri əhatə edən tədris tipli testlər toplusunu və cavab kartını hazırlayıb.
Ramal Əhmədov bildirib ki, testlər toplusunu cavab kartı ilə birlikdə elektron kitab şəkilində ödənişsiz əldə etmək mümkündür: