Azərbaycanda turistlər üçün yardım mərkəzlərinin yaradılması ilə bağlı müzakirələr artıq yekunlaşıb.
Bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov məlumat verib.
Azərbaycanda turistlər üçün yardım mərkəzlərinin yaradılması ilə bağlı müzakirələr artıq yekunlaşıb.
Bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov məlumat verib.
OPEC+ ölkələri 2020-ci ilin mart ayının sonuna qədər qüvvədə olan neft hasilatının azaldılması ilə bağlı Vyana sazişinin müddətinin uzadılmasıyla əlaqədar konsensusa gəlib.
Bu barədə jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd bin Həməd ər-Rumhi məlumat verib.
"Gələn il Azərbaycan və Pakistan arasında birbaşa sərnişin aviareysləri açılacaq. Bu, ikitərəfli ticari-iqtisadi, habelə iki ölkənin insanları arasındakı əlaqələrin güclənməsinə kömək edəcək".
Bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Ticarət və Sənaye Palatasında işgüzar dairələrin toplantısında deyib.
Noyabrın 30-dan Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək.
Biznesin dostu adını qazanmış "AccessBank"da uğurlu karyera qurmaq arzusundasan? O zaman "Access Biznes Bankçılıq" layihəsinə qatıl və biznesin dostuna çevril!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər davam etdirilir.
Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən 2019-cu ilin avqust ayından başlayaraq ölkənin müxtəlif bölgələrində icbari tibbi sığorta sistemi haqqında həyata keçirilən maarifləndirmə tədbirləri başa çatıb. Maarifləndirmə tədbirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil olunub.
Azər Türk Bank yeni il ərəfəsində potensial müştərilərinə mövcud 65 günlük güzəşt müddətli kredit kartından əlavə, noyabr ayının 27-dən etibarən yeni məhsulunu – 35 gün güzəşt müddətli kredit kartını təklif edir.
Nazirlər Kabineti Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını müəyyən edib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,08 ABŞ dolları və yaxud 0,12% azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,86 dollar təşkil edib.