Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu turizm sektoruna 9 milyon manat güzəştli kredit verib.
Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu turizm sektoruna 9 milyon manat güzəştli kredit verib.
Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
"Bu ilin 10 ayında Azərbaycana təxminən 2,7 milyon xarici vətəndaş səfər edib. Onlar arasında ənənəvi ölkələrlə yanaşı Çin və Hindistan kimi ölkələrdən gələnlər də kifayət qədərdir. Amma turistləri ölkəyə çəlb etməklə iş bitmir, gələnləri ölkəmizə yenidən gəlməyə vadar etmək lazımdır".
İyul-sentyabr aylarında Azərbaycanda 252,7 ton dondurma istehsal edilib. Bu, həmin dövrün idxal göstəricisinin yarısından çoxdur. Ancaq yerli istehsalın leqallaşdırılması prosesi aşkardır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, doqquz ay ərzində yerli istehsalçılar 840,1 ton dondurma istehsal ediblər. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə dörd dəfə çoxdur.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya MərkəzindəAzərbaycan məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Elektron Məhkəmənin mobil versiyası təqdim olunub.
Müştərilərinə ən yaxın bank olan Bank of Baku, onların arzularını reallaşdırmaq üçün Nağd Pul Krediti məhsulu üzrə məbləği 30.000 AZN-dək artıraraq, möhtəşəm kampaniyaya start verir.
Bütün şirkətlər yeni əməkdaşlarını işə götürərkən “Google”ın təcrübəsindən yararlanmalıdır.
“LA Times” dəfələrlə şirkətin zəka testlərini keçirməkdən imtina edərək namizədlərin intellektini tam qiymətləndirmədiyindən bəhs edən məqalələr dərc edib.
Azərbaycanın poçt rabitə operatoru “Azərpoçt” MMC “PostPay” elektron pul kisəsini istifadəyə verib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) məlum olub.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçilib.
Gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı müzakirələr zaman deyib.
Latın Amerikasında istehsalın azalması səbəbindən son həftələrdə qəhvənin qiyməti 25%-dən çox artıb.
Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.