Banco.az | Tezliklə

Hansı bankın ipoteka krediti daha sərfəlidir?

İstehlak kreditinin bir növü olan ipoteka krediti mənzil almaq üçün nəzərdə tutulub. Əhalinin mənzil tələbatını qarşılamaq üçün İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir. Banklar da bu fondun hesabına fərqli şərtlərlə müştərilərə ipoteka krediti təklif edir. Banco.az sizin üçün dövlət ipotekası verən bankları araşdırıb təqdim edir.

Azərbaycanca

Vergi hesab-fakturası ilə bağlı dəyişiklik ediləcək

Milli Məclisdə birinci oxunuşda qəbul edilmiş 2020-ci ilin büdcə layihəsi paketinə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də daxil edilib. Dəyişikliklərdən biri də əlavə dəyər vergisi (ƏDV) ilə bağlı əməliyyatların vaxtının dəqiqləşməsini nəzərdə tutur.

Azərbaycanca

Londonda "Uber"ə qadağa qoyuldu

London hakimiyyəti “Uber” texnologiya şirkətinə Böyük Britaniya paytaxtında fəaliyyət göstərmək üçün lisenziya verməkdə imtina edib.

Bu barədə Böyük Britaniya mediasına istinadən xəbər verilir.

Azərbaycanca

Azərbaycanda əlilliyə görə müavinətin təyinatı elektronlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha bir e-təyinat sistemi - əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi də hazırlanaraq işə salınıb. Nazirliyin tabeliyindəki DOST Agentliyində yeni e-sistemin tətbiqi ilə bağlı keçirilən mətbuat konfransında ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması proqramından bəhs edib.

Azərbaycanca

Kompüter, elektron və optik məhsulların istehsalı 37 faiz artıb

Bu ilin 10 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 203,8 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 6,8 faiz azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 37,1 faiz artıb.Hesabat dövründə ötən ilin eyni ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 71,6 dəfə, məişət soyuducularının istehsalı 25,2 faiz çoxalıb.Vergiler.az

Azərbaycanca

Litva hökuməti ticarətə və bank aktivlərinə vergi qoyulmasını təsdiqləyib

Litva Respublikasının Nazirlər Kabineti Seymin ticarətdən və bank aktivlərindən vergi tutulması barədə qərarını təsdiqləyib – bu yığımlar artıq gələn ilin dövlət büdcəsinə daxil edilib. Bununla belə, Nazirlər kabineti parlamentə həmin vergilərin təsiri barədə məsləhətləşmələr aparmağı tövsiyə edib. Bundan əlavə, Seymə verginin tətbiqinin tarixini dəqiqləşdirmək, onu Avropa İttifaqının normaları ilə uyğunlaşdırmaq təklif olunub.

Azərbaycanca

Qida əlavələrinin təhlükəsizliyinə dair beynəlxalq seminar keçirilib

25 noyabr, 2019-cu il tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə təşkilatçılığı ilə Bakıda "Qida Əlavələrinin Təhlükəsizliyi" adlı beynəlxalq seminar keçirilmişdir.

Azərbaycanca

Bank BTB Black Friday ərəfəsində Böyük Fürsətlər təklif edir

Müştərilərini hər fürsətdə sevindirən Bank BTB bu dəfə dünya trendinə qoşuldu. Belə ki, bank Black Friday ərəfəsində müştərilərilərinə 5 günlük kampaniya çərçivəsində möhtəşəm ENDİRİMLƏR təklif edir. Onu da qeyd edək ki, 25-29 noyabr tarixləri arasında davam edən endirimlər həm kart həm də kredit məhsullarını əhatə edəcək.

Azərbaycanca

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib. 

Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 894,7 milyon manat məbləğində proqnozlaşdırılır. 

Azərbaycanca

Bank Respublika müştərilərinə vergi sahəsində pulsuz xidmət göstərəcək!

Sahibkarlıq fəaliyyətilə məşğulsunuz və vergi məsələləri ilə bağlı sullarınıza cavab axtarırsınız? Hesabatların hazırlanmasında çətinlik çəkirsiniz? Əgər Siz “Bank Respublika”nın müştərisinizsə, narahat olmağa dəyməz!

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »