"Tesla" şirkəti tərəfindən hazırlanmış pikap tipli yeni "Cybertruck" ekektromobili üçün artıq 150 minə yaxın sifariş daxil olub.
Şirkətin sahibi İlon Mask Tvitter mikrobloqunda qeyd edib ki, elektromobil üçün artıq 146 min sifariş gəlib.
"Tesla" şirkəti tərəfindən hazırlanmış pikap tipli yeni "Cybertruck" ekektromobili üçün artıq 150 minə yaxın sifariş daxil olub.
Şirkətin sahibi İlon Mask Tvitter mikrobloqunda qeyd edib ki, elektromobil üçün artıq 146 min sifariş gəlib.
Qlobal investisiya bankı "Goldman Sachs" neftin qiyməti üçün 60 dollar/barel olan 2020-ci il təxminini və qızıl qiymətində də yüksəliş gözlədiyini davam etdirir.
Cari ilin oktyabrında Azərbaycanda ticarət əməliyyatlarının həcmi 3 milyard 32 milyon 582 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının həcminin 1 milyard 77 milyon 317 min dolları idxalın, 1 milyard 955 milyon 265 min dolları isə ixracın payına düşüb.
Vergiler.az
İstehlak kreditinin bir növü olan ipoteka krediti mənzil almaq üçün nəzərdə tutulub. Əhalinin mənzil tələbatını qarşılamaq üçün İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir. Banklar da bu fondun hesabına fərqli şərtlərlə müştərilərə ipoteka krediti təklif edir. Banco.az sizin üçün dövlət ipotekası verən bankları araşdırıb təqdim edir.
Milli Məclisdə birinci oxunuşda qəbul edilmiş 2020-ci ilin büdcə layihəsi paketinə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də daxil edilib. Dəyişikliklərdən biri də əlavə dəyər vergisi (ƏDV) ilə bağlı əməliyyatların vaxtının dəqiqləşməsini nəzərdə tutur.
London hakimiyyəti “Uber” texnologiya şirkətinə Böyük Britaniya paytaxtında fəaliyyət göstərmək üçün lisenziya verməkdə imtina edib.
Bu barədə Böyük Britaniya mediasına istinadən xəbər verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha bir e-təyinat sistemi - əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi də hazırlanaraq işə salınıb. Nazirliyin tabeliyindəki DOST Agentliyində yeni e-sistemin tətbiqi ilə bağlı keçirilən mətbuat konfransında ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması proqramından bəhs edib.
Bu ilin 10 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 203,8 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 6,8 faiz azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 37,1 faiz artıb.Hesabat dövründə ötən ilin eyni ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 71,6 dəfə, məişət soyuducularının istehsalı 25,2 faiz çoxalıb.Vergiler.az
Litva Respublikasının Nazirlər Kabineti Seymin ticarətdən və bank aktivlərindən vergi tutulması barədə qərarını təsdiqləyib – bu yığımlar artıq gələn ilin dövlət büdcəsinə daxil edilib. Bununla belə, Nazirlər kabineti parlamentə həmin vergilərin təsiri barədə məsləhətləşmələr aparmağı tövsiyə edib. Bundan əlavə, Seymə verginin tətbiqinin tarixini dəqiqləşdirmək, onu Avropa İttifaqının normaları ilə uyğunlaşdırmaq təklif olunub.
25 noyabr, 2019-cu il tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə təşkilatçılığı ilə Bakıda "Qida Əlavələrinin Təhlükəsizliyi" adlı beynəlxalq seminar keçirilmişdir.