Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki çıxışı ictimaiyyət arasında maraq doğurub. Müşavirədə səsləndirilən fikirlərə münasibət bildirən Milli Məclisin deputatı Tahir Mirkişili diqqəti üç istiqamətə yönəldib. Birinci istiqamət ölkədə yaradılan iqtisadi və sosial şəraitdir ki, beynəlxalq reytinqlərdə kifayət qədər yüksək qiymətləndirilir.
Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatlar böyükdür