Banco.az | Tezliklə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

Azərbaycanca

Dövlət şirkətlərindən cüzi dividend gözlənilir

2020-ci ilin dövlət büdcəsi layihəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 2,8 milyon manat proqnozlaşdırılır.

Bu 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.

Azərbaycanca

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2.780,7 kq qızıl istehsal edilib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 186,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Azərbaycanca

Gələn il Azərbaycanın icmal büdcəsinin 30 milyard manata yaxın olacağı proqnozlaşdırılır

Gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə əsasən, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27.533,1 milyon manat, xərcləri isə 29.488,3 milyon manat məbləğində proqnozlaşdırılır.

Azərbaycanca

Bu il meyvə-tərəvəz istehsalı artıb

Cari ilin yanvar-sentyabr aylarında sahələrdən 1.443,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz çox tərəvəz və 939,7 min ton (10,2 faiz çox) kartof yığılıb.

Azərbaycanca

Neft Fondunun gələn il üçün büdcəsinin gəlirləri 12 milyard 384,1 milyon manat nəzərdə tutulur

Gələn ilin dövlət və icmal büdcələri üzrə layihələrə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün büdcəsinin gəlirləri 12 milyard 384,1 milyon manat nəzərdə tutulur. ARDNF-in 2020-ci il üçün büdcəsinin xərcləri 11 milyard 560 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 4,3 milyon manat azdır.

Azərbaycanca

"The American Interest" nəşri Azərbaycanda həyata keçirilən islahatlardan yazıb

"The American Interest" nəşrində Amerika Xarici Siyasət Şurasının nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, "Azərbaycan müstəqillikdən sonra" kitabının müəllifi Svante Kornellin məqaləsi dərc edilib.

Azərbaycanca

Milli valyutada olan əmanətlər 27 faizə yaxın artıb

Sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 8 milyard 561,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 56 faizi xarici, 44 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 26,9 faiz artıb, xarici valyutada əmanətlər isə 5,1 faiz azalıb.

Azərbaycanca

Gələn il ümumi daxili məhsulun real iqtisadi artımı 3 faiz proqnozlaşdırılır

2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrə əsasən, gələn il Azərbaycanda ümumi daxili məhsulun real iqtisadi artımı 3 faiz olmaqla 83,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,8 faiz olmaqla 54,6 milyard manat proqnozlaşdırılır.

Azərbaycanca

BƏƏ Pakistana vergi yığmaqda kömək edəcək

Pakistanın Gəlirlər üzrə Federal Komissiyasının sədri Şabar Zaidi bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Pakistan vətəndaşlarının sahib olduqları daşınmaz əmlak barədə informasiyaları bundan sonra İslamabada göndərəcək. BƏƏ rəsmiləri ilə görüşünün uğurla keçdiyini bildirən Şabar Zaidinin sözlərinə görə, artıq Pakistan dövlətinin BƏƏ-də işləmək icazəsi olan vətəndaşların əmlakı barədə informasiya almaq hüququ var.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »