Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin 2026-cı ilin birinci rübündə cari hesabda 184,3 milyard dollar profisit qeydə alıb.
Banco.az xəbər verir ki, Çində cari əməliyyatlar balansının bu ilin birinci rübündə 184,3 milyard dollar həcmində profisit verdiyi açıqlanıb.
Çin Dövlət Xarici Valyuta İdarəsi (“SAFE”) 2026-cı ilin yanvar-mart aylarını əhatə edən dövr üzrə yekun cari əməliyyatlar hesabını açıqlayıb.
Məlumata əsasən, ölkənin mal ticarəti, xidmətlər, investisiyalar və cari transfertlər üzrə gəlir-xərc balansının cəmini ifadə edən cari əməliyyatlar balansı birinci rübdə 184,3 milyard dollar profisitlə yekunlaşıb.
Bu dövrdə mal ticarəti üzrə 247,5 milyard dollar profisit, xidmətlər ticarəti üzrə 59,6 milyard dollar kəsir, investisiyalar üzrə 7,4 milyard dollar kəsir və cari transfertlər üzrə 3,8 milyard dollar profisit qeydə alınıb.
Çin 2025-ci ilin yekununda 735 milyard dollar həcmində cari əməliyyatlar profisiti əldə etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
