Yaponiyanın maliyyə xidmətləri şirkəti və bankı "Nomura" analitikləri qida qiymətlərindəki artımın qlobal böhrana səbəb olmasa belə, insani bir böhrana səbəb ola biləcəyini gözləyirlər.
Qida qiymətlərindəki artım insani böhrana səbəb ola bilər
Yaponiyanın maliyyə xidmətləri şirkəti və bankı "Nomura" analitikləri qida qiymətlərindəki artımın qlobal böhrana səbəb olmasa belə, insani bir böhrana səbəb ola biləcəyini gözləyirlər.
Bu gün blockchain smartfonları artıq qeyri-adi bir şey hesab edilmir.
Dünyanın ən böyük mərkəzləşmiş kriptovalyuta şəbəkələrindən biri olan “Pundi X”, həqiqətən, unikal bir cihaz yaratmağı bacardı. Əvvəllər “Xphone” kimi tanınan “BOB” dünyada ilk modul kriptosmartfon oldu. Cihazdakı ən diqqətəlayiq məqam isə onun qeyri-adi dizaynıdır.
Notbuklar fərdi kompüterlərin bir çox müsbət üstünlüklərini özündə birləşdirən: yüksək göstərici, kifayət qədər geniş ekran, rahatlıq baxımından ən çox yayılmış kompüter cihazlarından biridir. Məhz notbukun sayəsində biz, eyni zamanda oyun oynaya, internet vasitəsilə dostlarla ünsiyyət qura, qatar vaqonunda, avtobusda, gəzinti zamanı işlərimizi görə bilərik.
“myGov” platforması üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb.
Bu, Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.
Bank BTB-dən Mastercard əldə etmiş hər bir müştəri indi ödənişlərini hesab.az-da Masterpass xidmətindən istifadə edərək rahat həyata keçirə biləcək.
02.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 655 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdir.
Tərtər rayonunun Soyulan kəndi ərazisində istixana kompleksi yaradılıb.
“Azaqrokənd” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan kompleksin tikintisinə keçən ilin aprel ayında başlanılıb. Ümumi ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə 14 dekabr 2019-cu il tarixində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Bu ilin yanvar-oktyabr aylarında Bakının ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 860,5 mln. manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 45,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Azərbaycan Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatlarına dair statistik göstəriciləri açıqlayıb.