REYTİNQLƏRİ DÜŞƏ BİLƏR
Beynəlxalq kredit reytinqi təşkilatı Moody's, neft qiymətlərinin uzun müddət aşağı səviyyələrdə qalmasının neft ixrac edən ölkələrin kredit reytinqləri üzərindəki təzyiqi artıracağını bildirib.
REYTİNQLƏRİ DÜŞƏ BİLƏR
Beynəlxalq kredit reytinqi təşkilatı Moody's, neft qiymətlərinin uzun müddət aşağı səviyyələrdə qalmasının neft ixrac edən ölkələrin kredit reytinqləri üzərindəki təzyiqi artıracağını bildirib.
Çində May ayında istehlakçı qiymətləri indeksi (inflyasiya) koronavirus məhdudiyyətlərinin təsiri ilə proqnozdan aşağı qalaraq 2.4% səviyyəsində reallaşıb.
Çin Milli Statistik Bürosu tərəfindən Çərşənbə günü dərc olunan məlumatlara görə, ölkədə istehlakçı qiymətləri indeksi, May ayında ötən ilin eyni ayı ilə müqayisədə 2.4% yüksəlib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,34% azalaraq 1 barelə görə 40,63 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,69% azalaraq 38,28 dollar təşkil edib.
10 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 8-nin bu il aprelin 1-nə öhdəlikləri illik müqayisədə az olub.
Bunlar "Azərbaycan Sənaye Bankı" (ASB), "Turan Bank", "Rabitəbank", "Unibank", "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan" və "AGBank"dır.
"Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub".
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
İyunun 14-ü saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında bir sıra qurum və xidmətlərin fəaliyyətinə icazə veriləcək.
Həmin siyahını təqdim edirik:
Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.
“Həssas qruplardan olan tələbəyə imkan veriləcək ki, təhsil haqlarının ödənilməsi ilə bağlı sənədlərini iyunun sonuna qədər aidiyyəti üzrə təqdim etsinlər”.
Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov həssas qruplardan olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı deyib.
Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.
Məlumatda bildirilir ki, 10.06.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunmuşdur.