İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir.
Bu barədə Fondun açıqlamasında bildirilir.
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir.
Bu barədə Fondun açıqlamasında bildirilir.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Sərt karantin rejimi günləri ilə əlaqədar əksəriyyəti distant rejimində çalışan Unibank əməkdaşları arasında “Fibonacci - onlayn” intellektual yarışması keçirilib. Oyun “Youtube”da onlayn formatda olub. Onlayn keçirilən yarışmada Bankın baş ofis, eləcə də filial əməkdaşlarından ibarət 21 komanda iştirak edib. Onlayn yarışmanın keçirilməsində məqsəd, bank əməkdaşlarının əhval-ruhiyyəsini qaldırmaq, komanda ruhunu daha da yüksəltmək olub.
“AccessBank” 2 iyul - polis işçilərinin peşə bayramı münasibətilə yeni kredit kampaniyasına start verir. “Nağd kredit” kampaniyası çərçivəsində polis əməkdaşları 19%-dən başlayan və 20 000 manatadək olan nağd kreditləri 36 ayadək əldə edə bilərlər. Kampaniya 2020-ci ilin iyul ayının sonuna qədər davam edəcək.
Tamara Mustafayeva, Banco.az
7 iyul 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin bank sistemi ilə bağlı da dinləmələr keçirməsi gözlənilir.
Bunu komitənin sədr müavini Əli Məsimli bildirib.
Pandemiyanın sosial-iqtisadi mənfi təsirləri ilə yanaşı digər tərəfdən dünyada yeni tendensiya formalaşdırır. Belə ki, insanlarda evlərini tərk etmədən işləmək və öyrənmək vərdişlərini yaradır. Bununla yanaşı, digər ehtiyaclarını da evdən onlayn xidmətlərdən faydalanaraq ödəmək imkanlarını ön plana çəkir. Hazırda ölkəmizdə də davam edən bu vəziyyətlə əlaqədar olaraq təlim və tədris dayandırılmışdır.
Dünyanın ən varlı adamı – “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun sərvəti tarixi rekorda - 171,6 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.
Bu barədə “Bloomberg” agentliyi öz hesablaması olan “Bloomberg Billionaires Index” (BBI) reytinqinə istinadən məlumat verib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.