Banco.az | Tezliklə

Mərkəzi Bank NBCBank və AGBank barədə qərarlarını açıqladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.

Azərbaycanca

Depozit hərracında tələb təklifə yaxınlaşıb

12.05.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 13 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 256,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir.

Mərkəzi Bank şərtlərə əsasən 250 milyon manat cəlb edib.

Azərbaycanca

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

13 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Azərbaycanca

“İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı”nın xüsusi buraxılışı Mərkəzdə yaradılan və fundamental iqtisadi təhlillərin aparılmasına xidmət edəcək labaratoriyanın - “EconLAB”ın (İqtisadi təhlillərin aparılması üçün labaratoriyanın) təqdim edilməsinə həsr olunub.

Azərbaycanca

Sosial yardımın təyini üçün bu məlumat tələb olunacaq

Sosial yardımın təyin olunması və ya məbləğinin dəyişdirilməsi üçün ailənin tərkibi, əmlakı və gəliri haqqında məlumat veriləcək.

Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 10-cu maddəsinin ( Sosial yardım almaq hüququna yenidən baxılması) 10.1-ci bəndinə dəyişiklik edilir.

Azərbaycanca

Ləğv edilmiş banklarda kreditləri olanlar üçün bank hesabların rekvizitləri AÇIQLANDI

Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Amrahbank” ASC və "Atabank" ASC müflis elan edilərək iflas proseduruna başlanıb.

Banco.az bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

Azərbaycanca

Azərbaycan neftinin son qiyməti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,67 ABŞ dolları, yaxud 2,14% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 30,66 ABŞ dolları təşkil edib.

Azərbaycanca

Azərbaycan klublarının toplam dəyəri - AÇIQLANDI

Azərbaycan postsovet ölkələri arasında ən bahalı futbol çempionatına malik ölkələrdən biridir.

Ölkə çempionatındakı 8 klubun toplam dəyəri 59,4 milyon avrodur.

Azərbaycanca

Sahibkarlar Azərbaycan Beynəlxalq Bankına gəlmədən məsafədən hesab aça bilər

Müştərilərə xidmət imkanlarını müasir çağırışlara uyğunlaşdıran Azərbaycan Beynəlxalq Bankı distant bank xidmətlərinə ehtiyacı nəzərə alaraq bu istiqamətdə tədbirləri sürətləndirib. Bank korporativ müştərilərinə xidmət ofislərinə gəlmədən məsafədən hesab açmaq və onu idarə etmək imkanı da yaradıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »