Banco.az | Tezliklə

Bu gündən Bakıkartın satış qiyməti artırılır

Bu gündən etibarən “Bakı Kart” kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.

Bu barədə “Bakı Kart” məlumat yayıb.

Qeyd edək ki, “Bakı Kart” kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.

Azərbaycanca

Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib.

Banco.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nda deyib.

Azərbaycanca

Azərbaycanda rayonlara səfər edən sərnişinlər hər iki istiqamət üzrə elektron bilet ala biləcəklər

Azərbaycan vətəndaşlarına "biletim.az" tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb.

Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.

Azərbaycanca

Azərbaycanda gəmi 4-cü dəfə endirimlə satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 4 avqust 2026-cı il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Azərbaycanca

Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Yelo Bank-ın ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə start verdiyi və böyük maraqla qarşılanan “Biznesinə xoş gələcək” kampaniyasının müddəti 30 sentyabr 2026-cı il tarixinədək uzadılıb. Bu xəbər işinə fasilə vermək istəməyən və gündəlik bank xərclərinə qənaət etməyi hədəfləyən mikro, kiçik və orta sahibkarlar üçün əsl yay fürsətinə çevriləcək!

Azərbaycanca

PAŞA Bank “INMerge Berlin”də beynəlxalq maliyyə əməkdaşlığı üzrə müzakirələrdə iştirak edib

PAŞA Bankın İdarə Heyətinin Sədr müavini Bəhruz Nağıyev 29 iyun tarixində PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən “INMerge Berlin” çərçivəsində beynəlxalq maliyyə əməkdaşlığı və investisiya əlaqələrinin gələcəyinə həsr olunmuş panel müzakirəsində iştirak edib.

Azərbaycanca

Ziraat Bank Azərbaycan Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir!

2 İyul - Polis İşçilərinin Peşə Bayramı münasibətilə Ziraat Bank Azərbaycan tərəfindən polis əməkdaşları üçün istehlak kreditləri üzrə xüsusi kampaniya həyata keçirilir.

Kampaniya çərçivəsində istehlak kreditləri üzrə faiz dərəcələri 10.9%-dən, kredit rəsmiləşdirilməsi komissiyası isə 0.5% təşkil edir.

Azərbaycanca

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb.

Banco.az  xəbər verir ki, qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib.

Azərbaycanca

Bolqarıstan avroya keçir: Pulsuz valyuta mübadiləsi başa çatır

Müəllif:Mehin Qasımova,Banco.az

Bolqarıstanda avroya keçid prosesi çərçivəsində mühüm mərhələ yaşanır.

Banco.az xəbər verir ki, vətəndaşlar  banklarda və poçt şöbələrində Bolqar levlərini heç bir komissiya haqqı ödəmədən avroya dəyişə bilərlər.

Azərbaycanca

"Microsoft" minlərlə insanı işdən çıxaracaq

Müəllif:Mehin Qasımova,Banco.az

"Microsoft" satış və konsaltinq qruplarının, eləcə də "Xbox" oyun bölməsinin işçilərini ixtisar etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, şirkətin bu barədə gələn həftə açıqlama verməsi gözlənilir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »