Banco.az | Tezliklə

AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına start verib.

Bu barədə  AZAL-dan məlumat verilib.

Bildirilib ki, uçuşlar 8 may 2027-ci ildən həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Azərbaycanca

AccessBank QSC Oracle Software Update 2026 üzrə tender elan edir

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.

Bankın məlumatında deyilir ki, Oracle Software Update 2026 üzrə tender elan olunub.

Azərbaycanca

THY və digər hava yollarına biletlər də DigiTravel-lə ABB mobile tətbiqində!

Yeni strateji dövrdə həyat tərzi bankçılığını inkişaf etdirən ABB səyahətsevərlərin imkanlarını daha da genişləndirib. Artıq ABB mobile-da DigiTravel vasitəsilə AZAL-dan başqa, Türk Hava Yollarının, həmçinin A-Jet, Pegasus, Lufthansa, FlyDubai da daxil olmaqla digər bir çox hava yollarının aviabiletlərini də rahatlıqla, uyğun qiymətə əldə etmək olar. Bu imkan səyahətsevərlərə daha çox seçim və daha rahat səyahət təcrübəsi qazandırır.

Azərbaycanca

QDTİB Azərbaycanda indiyədək 500 mln. avroya yaxın layihə maliyyələşdirib

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda indiyədək 500 milyon avroya yaxın layihə maliyyələşdirib.

Azərbaycanca

Yaponiya və Koreya vətəndaşları Azərbaycana vizasız gələ biləcək

Yaponiya və Koreyanın ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı il iyulun 1-dən 2027-ci ilin iyulun 1-dək Azərbaycana turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Azərbaycanca

Sahibkarlar ƏDV depozit hesabından sosial ödəniş edə biləcək

Qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən sahibkarların ƏDV depozit hesablarından istifadə imkanlarının genişləndirilməsi təklif olunur.

Banco.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycanca

Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar açıqlandı

Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər, bal, kürü və “kənd toyuğu”dur.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Qoşqar Təhməzlinin sözlərinə görə, 4 tona yaxın saxta bal aşkarlanıb:

Azərbaycanca

Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq

Sığortaolunanların sığortaçıda uçotunun yalnız şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında aparılmasını nəzərdə tutan qanunvericilik dəyişiklikləri bu gündən qüvvəyə minir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Azərbaycanca

Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-may aylarında həyatın yaşam sığortası üzrə 399 milyon 299 min manat sığorta haqqı yığılıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »